Bu yağlar insanın ağlını itirməsinə səbəb olur
Amerika alimləri belə qənaətə gəliblər ki, qanında trans yağlar və süni dadlandırıcı yağlar olan şəxslər alzheymer və kəmağıllığa meylli olurlar.
KONKRET.az xəbər verir ki, alimlər 10 il müddətində Yaponiyadan olan və yaşı 60-dan yuxarı olan 1628 nəfər üzərində araşdırma aparıb.
Alimlər təcrübədə təzyiq, şəkər və alzheymer xəstəliyinə səbəb olan faktorları araşdırmaq istəyiblər. Nəticədə isə müəyyən olunub ki, qanında 52-74 faiz transyağ olan şəxslər demensiyaya daha meyllidirlər
Xatırladaq ki, transyağlar ucuz məhsullarda, fast-food qidalarda və qızarmış yeməklərdə olur. Bundan başqa, bu yağlar qaymaqda, dondurulmuş pizzada və marqarində də var.
Daha əvvəl mütəxəssislər altsheymer xəstəliyinin ilkin əlamətlərini açıqlamışdılar. Onların fikrincə, xəstəlik ilkin mərhələdə özünü lazımlı sözlərin seçilməsi, görmə qabiliyyətinin itirilməsi və qərar verməkdə çətinlik çəkməklə büruzə verir. (baku.ws)
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI
Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki