"Buta Çərəz" şirkətinin 54 ton yerfındığı təhlükəli çıxdı, məhvinə qərar verildi
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri çərçivəsində "Buta Çərəz" MMC-nin Hindistan Respublikasından idxal etdiyi ümumi çəkisi 54 108 kq yerfındığı (araxis) məhsulundan Agentlik əməkdaşları tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Marja.az xəbər verir ki, aparılan sınaq nəticəsinə əsasən nümunələrdə Aflatoksin B1-in miqdarının normadan artıq olduğu müəyyən edilib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq təhlükəli məhsulun gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib.
Qeyd edək ki, Aflatoksin B1 zəhərli maddədir. Bu maddə günəbaxan tumuş fıstıq, qarğıdalı və digər taxıllarda olur. Tez-tez heyvan yemlərində də rast gəlinir. Aflatoksinlər arasında ən zəhərlisi Aflatoksin B1-dir və insanlarda qaraciyər xərçənginin yaranmasında böyük rol oynayır.
Qidalarda, taxıllarda, yemlərdə və hər cür quru qidada nəmişlik və temperaturun yüksəlməsindən asılı olaraq göbələk növləri sürətlə çoxalır və mikotoksin (kif zəhəri) adlı zərərli toksin (zəhər) yaradır. Bunlardan ən təhlükəlisi Aflatoksindir. Aflatoksinlər güclü zəhər və kanserogen maddələrdir. Qısası xərçəng xəstəliyi yarada bilir.

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Fond birjası nədir?
Ən bahalı otellər hansılardır?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Biznes plan necə yazılır?