Caspian Energy Club-ın İdarə Heyətinin - YENİ TƏRKİBİ AÇIQLANDI

Caspian Energy Club-ın İdarə Heyətinin - YENİ TƏRKİBİ AÇIQLANDI"Hər ilin üçüncü ayının üçüncü həftəsinin üçüncü günü Caspian Energy Club-ın İdarə heyətinin yeni tərkibi seçilir. Bu il Caspian Energy Club-ın idarə heyətinin üzvlərinin növbəti seçkiləri mart ayının 15-də başlayıb. Pandemiya şəraiti ilə əlaqədar seçkilər üç gün davam edib və nəticələr martın 28-də açıqlanıb", - deyə Caspian Energy Club qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.
Gürcüstanda 11-ci beynəlxalq - "CASPIAN ENERGY INVESTMENT FORUMU TBILISI 2023" KEÇİRİLİB
FED.az xəbər verir ki, seçkilərin ilk günündə 20-dən çox dövlət qurumunun və 160 şirkətin rəhbər və nümayəndələrinin iştirakı ilə Grand CEO Lunch təşkil olunmuşdur.
Seçkilərin ikinci günündə Azərbaycan Standartlaşdırma İnstitutu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA, "SGS Azərbaycan" və Caspian Energy Club-ın təşkilatçılığı ilə "İSO 37001:2016 Korrupsiyaya qarşı mübarizə idarəetmə sistemi" mövzusunda seminar keçirilmişdir. Tədbirdə 10-a yaxın dövlət qurumunun, 100-ə yaxın özəl şirkətin rəhbər və nümayəndələri iştirak etmişlər.
Seçkilərin son günü təşkil olunmuş CEO Breakfast çərçivəsində səsvermə davam etmiş, daha sonra isə səslər hesablanmışdır.
Ümumi səsverənlərin sayı 297 nəfər təşkil etmişdir. Səsvermənin nəticələrinə əsasən, 16 namizəddən yalnız altısı lazımi qədər səs toplayaraq Caspian Energy Club-ın İdarə heyətinin yeni üzvü seçilmişlər. Bir namizəd heç bir səs ala bilməyib.
Caspian Energy Club-ın İdarə Heyətinin Üzvləri haqqında Əsasnamə"sinə əsasən, İdarə Heyətinin 7-dən 9-dək üzvü ola bilər. Bununla əlaqədar aprelin 12-də qalan 9 namizəd Caspian Energy Club-ın idarə heyətində vakant yerlər uğrunda mübarizə aparacaq.
Martın 15-dən 17-dək keçirilən səsvermənin nəticələrinə əsasən, Caspian Energy Club-ın yeni İdarə heyətinə Telman Əliyev (Caspian Energy Club) - 237, Zərifə Qəmzəyeva (Gazelle Group) - 79, Ruslan Əliyev (Azəriqaz) - 63, Rəşad Abasov (ASE express) - 57, Savaş Uzan (Azərsun Holdinq) - 54 və Əsəd Nəsrullayev (Debet Safety) - 51 səslə seçilmişlər.
Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un Türkiyə, Gürcüstan,Özbəkistan, Qazaxıstan, Çexiya, Israil, Almaniya, Polşa, Slovakiya, BƏƏ-də rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

Biznes     Tarix: 28 mart 2023

Oxşar xəbərlər

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək

Oktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək. xəbə

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR

"Ses 2026" MMC (VÖEN: 1407814331) nizamnamə kapitalını azaldır. Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını 6 milyo

"Sea Breeze" yeni şirkət yaratdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "Sea Breeze Radisson" MMC-ni dövlət qeydiyyatına alıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. xəbər verir ki, yeni şirkə

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

Azərbaycanda sahibkar 13 milyonlu şirkətini – 280 MİLYONLUQ ŞİRKƏTİNƏ BİRLƏŞDİRDİ

"Beverage Services" MMC (VÖEN: 1306760391) fəaliyyətinə xitam verilərək "Milla Dairy" MMC-yə (VÖEN: 1300995031) qoşulub. BƏƏ şirkəti Azərbaycan bazarından – GEDİR. biznes və maliyyə xəbərləri portalı xəbə

Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər

Avropanın aparıcı lüks brendlərinin bazar dəyəri 251 milyard avro azalıb

Çində tələbatın azalması fonunda Avropanın aparıcı lüks brendlərinin ümumi bazar kapitallaşması 2026-cı ildə 251 milyard avro azalıb. Fransada talan edilən lüks brend məhsulları ucuz qiymətə satışa çıxardılar - VİDEO. xəbə

Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR

"A-Z Smart Meters" MMC (VÖEN: 1906782361) nizamnamə kapitalını artırır. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını


iqtisadi xeberler bu gunun xeberleri bitkoin qiymeti en son xeberler dollar mezenne