Cənubi Koreya mərkəzi bankı faizini sabit saxlayıb, onu artırmaqda davam etməyə bilər
Cənubi Koreyanın Mərkəzi Bankı cümə axşamı günü faiz dərəcəsini sabit saxlayıb və 18 ay əvvəl başladığı monetar sərtləşdirmə "kampaniyasının", inflyasiya gözlənilən şəkildə "soyumaqda" davam edəcəyi təqdirdə onu davam etməyəcəyini açıqlayıb.
Marja xəbər verir ki, Cənubi Koreya Mərkəzi Bankının rəhbəri Rhee Chang-yong bildirib ki, mərkəzi bank faiz dərəcəsini dəyişməyərək 3,50% səviyyəsində saxlayıb. O qeyd edib ki, qeyri-müəyyənliklər həll olunana qədər dayanıb izləmək vaxtıdır.
Rhee əlavə edib ki, illik inflyasiya ilin sonuna qədər proqnozlaşdırılan 3%-ə qədər azalarsa, bir daha yuxarı hərəkətlərə ehtiyac olmayacaq.
Yanvar ayında ölkədə istehlak qiymətlərində artım illik 5,2% təşkil edib ki, bu da ötən ilin iyul ayında müşahidə edilən 6,3% illik pik göstərici ilə müqayisədə aşağıdır.
"Sükan arxasında olanda və duman görməni məhdudlaşdıranda, dayanıb dumanın aradan qalxmasını gözləyirsən. Bizim üzləşdiyimiz vəziyyət budur, buna görə dayanıb gözləməyin vaxtıdır", - Rhee deyib.
Cənubi Koreya Mərkəzi Bankı faiz artırmaq dövrünə 2021-ci ilin avqustunda başlayıb və cəmi 3,00 faiz bəndi artırılıb. / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Françayzinq nədir və necə olur?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Dünyanın ən zəngin idmançıları