Cənubi Koreya vonu hərbi vəziyyət xəbərilə Dollar qarşısında kəskin ucuzlaşdı
ABŞ Dollarının Cənubi Koreya vonuna qarşı məzənnəsi 2022-ci ilin Noyabr ayından bəri ən yüksək həddə yüksəlib.
Marja.az xəbər verir ki, beynəlxalq Forex bazarında USD//KRW məzənnəsi Bakı vaxtı ilə saat 18:11-də 1,37% artaraq 1423,2 von təşkil edib. Sonuncu dəfə məzənnə bu səviyyədə 4 noyabr 2022-ci ildə olub.
Bundan əvvəl Cənubi Koreya prezidenti Yoon Seok-yeol ölkədə hərbi vəziyyət elan edib. Dövlət başçısının sözlərinə görə, qərar "Şimali Koreya tərəfdarı olan qüvvələrin kökünü kəsmək və azad konstitusiya quruluşunu qorumaq üçün" qəbul edilib.
Cənubi Koreya Prezidenti azad ölkəni yenidən quracağını, hərbi vəziyyət vasitəsilə Şimali Koreya tərəfdarlarına qarşı mübarizə aparacağını bildirib. O, ölkə müxalifətini parlamentə nəzarəti ələ keçirməkdə, hökumətin fəaliyyətini və ümumilikdə dövlət idarəçiliyini iflic etməkdə, o cümlədən Şimali Koreyaya açıq-aşkar rəğbət bəsləməkdə günahlandırıb. Cənubi Koreya lideri bu qərarı həm də Konstitusiya quruluşunun müdafiəsi üçün zəruri addım adlandırıb.
Cənubi Koreyada bütün ordu birləşmələri komandirlərinin iclası çağırılıb. Bu barədə "Yonhap" məlumat yayıb. Bildirilib ki, iclas ölkənin Müdafiə Nazirliyində keçiriləcək.


"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Bitcoin nədir?
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
İlon Mask kimdir?
Ən çox soruşulan müsahibə sualları hansılardır?