"ChatGPT" işlədənlərin məlumatları internetə sızdı
"ChatGPT" çat-botunun istifadəçilərinin şəxsi məlumatları internetə sızıb.
Bu barədə məlumatı çat-botun yaradıcısı "OpenAI" şirkəti yayıb.
Məlumata görə, martın 20-si sözügedən süni intellektin işində xəta baş verib və bunun ardınca istifadəçilərin məlumatları internetdə yayımlanıb.
ABŞ, Böyük Britaniya, Kanada və İsraildən olan istifadəçilər "ChatGPT"də problem yarandığını bildiriblər.
Bir çox istifadəçilər digər aktiv istifadəçilərin ad və soyadını, elektron poçt ünvanını, bank kartlarının son 4 rəqəmini və istifadə müddətini görə biliblər.
Bildirilir ki, müştərilərin 1,2 faizinin məlumatları şəbəkəyə sızıb.
Qeyd edək ki, "ChatGPT" çat-botu 2022-ci ilin noyabrında istifadəyə verilib. Bot kod, eləcə də mətnlər yaza və onları tərcümə edə, istifadəçilərin suallarına cavab verə bilir. / banker.az

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Swift nədir?
İnstaqramda biznes qurmağın yolları
Whatsapp biznesin üstünlükləri nələrdir?
"iPhone 15" modelinin üstünlükləri
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət