Çin dronların ixracına məhdudiyyət qoydu
Pekin mülki PUA-lar da daxil olmaqla, dron komponentlərinin ixracına iki illik məhdudiyyətlər qoyub.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyi məlumat yayıb.
Söhbət bəzi dronlar üçün xüsusi mühərriklərdən, radiorabitə avadanlıqlarından və dronlarla mübarizə üçün mülki vasitələrdən gedir.
Məhdudiyyətlər sentyabrın 1-dən qüvvəyə minəcək.
Qərar bəzi mülki pilotsuz uçan aparatların hərbi məqsədlər üçün istifadə oluna biləcəyi ilə əlaqədardır.
Qeyd olunub ki, bu, Çin pilotsuz təyyarələrinin ixracına qadağa qoyulması demək deyil. Mülki PUA-lar müvafiq hüquqi prosedurlar tamamlandıqdan sonra ixrac edilə bilər.
İqbal Rzayev,
KONKRET.az
Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT
2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör