Çin süni intellekt yarışını qazanacaq
"Çin süni intellekt yarışında ABŞ-ı keçəcək".
Biznes.az xəbər verir ki, Nvidia şirkətinin baş direktoru Censen Huanq (Jensen Huang) Çinin daha aşağı enerji xərcləri və daha az sərt tənzimləmə mühiti sayəsində süni intellekt yarışında ABŞ-ı qabaqlayacağı barədə sərt xəbərdarlıq edib.
Huanq bunu Financial Times qəzetinin "Süni intellektin gələcəyi" sammitində çıxışı zamanı deyib: "Çin süni intellekt yarışını qazanacaq."
Onun bu açıqlaması Tramp administrasiyasının, prezident Donald Tramp və Çin lideri Si Cinpin arasında son təmaslara baxmayaraq, Nvidia-nın ən qabaqcıl çiplərinin Pekinə satışına qoyduğu məhdudiyyətləri qüvvədə saxlamaq qərarından sonra səslənib.
Huanq Qərb ölkələrində, o cümlədən ABŞ və Böyük Britaniyada hökm sürən "kinizm"i tənqid edib və əvəzində daha çox "optimizm"ə ehtiyac olduğunu vurğulayıb. O, xüsusilə ABŞ-ın ayrı-ayrı ştatlarının öz süni intellekt qaydalarını tətbiq etməsi nəticəsində ortaya çıxan və "50 fərqli tənzimləmə"yə çevrilə biləcək potensial yükə diqqət çəkib.
Nvidia-nın baş direktoru Censen Huanq (Jensen Huang) Çinin verdiyi enerji subsidiyalarını yerli texnologiya şirkətləri üçün böyük üstünlük kimi qiymətləndirib və bu subsidiyaların Nvidia-nın çiplərinə alternativ kimi istifadə olunan yerli süni intellekt prosessorlarının yayılmasını sürətləndirdiyini bildirib.
Huanq, Çinli rəqiblərin əldə etdiyi xərc üstünlüklərinə işarə edərək, "Orada elektrik pulsuzdur" deyib.
Son hesabatlar göstərir ki, Çin ByteDance, Alibaba və Tencent kimi texnologiya nəhənglərinin idarə etdiyi iri məlumat mərkəzləri üçün enerji subsidiyalarını artırır. Məlumatlara görə, bu addım Çin texnologiya şirkətlərinin Huawei və Cambricon kimi yerli istehsalçıların mikroçiplərindən istifadənin yüksək xərclər yaratması ilə bağlı şikayətlərindən sonra atılıb.
Qeyd olunur ki, bu yerli yarımkeçiricilər Nvidia məhsulları ilə müqayisədə daha az enerji səmərəlidir və buna görə də subsidiyalar Çin şirkətlərinin artan enerji xərclərini kompensasiya etmək məqsədi daşıyır.
Huanq daha əvvəl də xəbərdarlıq etmişdi ki, ABŞ-ın ən yeni süni intellekt modelləri Çin analoqları qarşısında yalnız cüzi üstünlüyə malikdir və qlobal texnoloji asılılığın davam etməsi üçün ABŞ hökumətini çiplərin daha açıq bazarlara çıxışına icazə verməyə çağırmışdı.

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər
Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində
ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini - TƏQDİM EDİB
Süd vəzi xərçəngindən sığortalanmaq mümkündür
Bank olmayan kredit təşkilatına lisenziya verilib
"Hermes" lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Start-up nədir?
Biznes təlimlər və tədris üsulları
Onlayn biznes növləri
Bitcoin necə işləyir?
Ən çox soruşulan müsahibə sualları hansılardır?