Çində "ChatGPT"nin ən qabaqcıl analoqu təqdim edilib
Çinin "Iflytek" şirkəti təhsil və korporativ məqsədlər üçün "ChatGPT"nin analoqunu təqdim edib. Qeyd etmək vacibdir ki, təqdimat Çin hakimiyyətinin sənayeyə nəzarətin gücləndirilməsi ilə bağlı bəyanatları fonunda baş tutub.
Neyron şəbəkəyə "SparkDesk" adı qoyulub. Şirkətin rəhbəri Liu Qingfeng bildirir ki, onun yaratdığı süni intellekt Çin dilini başa düşür.
"Generativ süni intellekt texnologiyasının təsiri İnternetin yaranması qədər vacibdir. Biz əlimizdən gələni etməliyik və ChatGPT-ni ötməyə çalışmalıyıq", – deyə Liu Qingfeng söyləyib.
Qeyd etmək lazımdır ki, "Iflytek" öz çat-botunu inkişaf etdirmək qərarına gələn yeganə Çin şirkəti deyil. Bundan əvvəl Çinin internet nəhəngi "Baidu"nun da "ChatGPT"nin rəqibini yaratmaq planları haqqında məlumat yayılmışdı. / banker.az
Buğda idxalı 1 milyon tonu keçdi
Azərbaycan 1 009 614.31 ton buğda idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarını əhatə edir. Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, bu həcmdə buğdanın dəyəri 217 milyon 691 min ABŞ dollar
ABŞ-da işsizlik sığortası müraciətləri azalıb
ABŞ-da işsizlik sığortası üçün müraciətlərin sayı bitən həftə ərzində 220.00-ə çatıb ki, bu da əvvəlki həftə ilə müqayisədə 8.00 azalma deməkdir. xəbər verir ki, dörd həftəlik hərəkətli orta göstərici 3.00 azalaraq 224.250-y
Ağ Ev, süni intellekt qanun layihəsinə qarşı çıxır
Ağ Ev rəsmiləri Nvidia-nın Çin və digər rəqib ölkələrə süni intellekt çipləri satışını məhdudlaşdıran qanuna qarşı çıxır. xəbər verir ki, Ağ Ev rəsmiləri Nvidia Corp.-un Çin və digər rəqib ölkələrə süni intellekt çiplərini
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd