Çində "Mufia" qasırğası: 1,6 milyon insan təxliyə edildi
Çində "Mufia" qasırğası səbəbindən təxminən 1,6 milyon insan evlərindən təxliyə edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.
Bildirilib ki, Cıcıang əyalətin 1,2 milyon, Şanxayda isə 426 min insan müvəqqəti sığınacaqlara yerləşdirilib.
Ümumilikdə, tayfun səbəbindən təxminən 1,6 milyon insan evlərini tərk edib.
Sürəti saatda 125 kilometrə çatan tropik siklon dünəndən etibarən Cıcıang sahillərində təsirli olmağa başlayıb.
Qasırğa səbəbiylə Şanxayın iki beynəlxalq hava limanına uçuşlar ləğv edilib.
Asiyanın ən böyük konteyner terminalı olan Şanxay və Cıcıangdakı Ninqbo limanları da fəaliyyətini dayandırıb.
İqbal Rzayev,
KONKRET.az
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind
Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT
2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind