Dağıstandan Azərbaycana bıçaqlar və ət məhsulları ixrac ediləcək - MÜQAVİLƏLƏR İMZALANIB
Dağıstan müəssisələri 2023-cü ildən Azərbaycana "Kizlyar" bıçaqları və ət məhsullarının ixrac etməyə başlayacaqlar.
Marja xəbər verir ki, bu barədə Regional İxraca Dəstək Mərkəzindən bildirilib.
"Azərbaycandan işgüzar missiyanın Dağıstana səfəri çərçivəsində mal və xidmətlərin ixracına dair ilk müqavilələr bağlanıb. "Kizlyar" müəssisəsindən Dağıstan bıçaqlarının və "Kizlyar Uritski Ət Kombinatı" tərəfindən istehsal olunan ət məhsullarının yeni ildən Azərbaycana ixracına başlanacaq", - deyə mərkəzin Telegram kanalında bildirilir.
Qurumun məlumatına görə, həmçinin, nümayəndə heyəti Dağıstan çipsiləri, limonadları və şirələrinin tədarükü ilə bağlı razılığa gələ bilib.
2021-ci ildə Dağıstanla Azərbaycan arasında ixracın həcmi təqribən 8 milyon dollara çatıb, Azərbaycana dondurulmuş və hisə verilmiş balıq, quzu əti, təbii şirələr, meyvə və tərəvəz göndərilir.
Bundan əlavə, Bakıda Dağıstan plitələri (Dağıstan çini daş məmulatları), günəş istilik cihazları, eləcə də mis kabel məmulatları nümayiş oluncaq.


/ marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Dünyanın ən zəngin idmançıları
Ən çox soruşulan müsahibə sualları hansılardır?
"Coca-Cola" haqqında 5 maraqlı fakt