Daha 295 gənc dövlət proqramı hesabına xaricdə təhsil alacaq
Ötən illərlə müqayisədə bu il xaricdə təhsil üşün dövlət proqramına müraciət edənlərin sayı çox olub.
Bunu bu gün keçirilən brifinqdə Xaricdə Təhsil Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova deyib.
O bildirib ki, 295 gənc gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində dövlət proqramı hesabına təhsil alacaqlar.
"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı"na edilən dəyişiklik ilə bu gənclərin sayı artacaq. Müraciətlər daha çoxu informasiya texnologiyaları, dövlət idarə etməsi, mühəndislik, statistika və verilənlərin təhlili ixtisasları üzrə olub".
O qeyd edib ki, həmçinin bundan əvvəl müsbət nəticə alan və gözləmə siyasında olan tələbələr bu gün Dövlət Proqramına edilən dəyişikliklə təhsil alacaq 500-dək tələbənin sırasında yer ala bilərlər.
Brifinqdə çıxış edən Elm və Təhsil Nazirinin müşaviri Nicat Məmmədli deyib ki, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı"na edilən dəyişikliyə əsasən proqramın müddəti uzadılır:
"İkinci çox mühüm dəyişiklik isə sayın 100 nəfər artırılaraq 500 nəfərə çatdırılmasıdır. Bu dəyişiklik ilə həm də dövlət proqrama doktorantura pilləsi üzrə gənclərin xaricdə təhsilinin maliyyələşdirilməsi də əlavə edilib. Xaricdə təhsil alan gənclər ölkəmizin həm kadr potensialı, həm də elm potensialının yaxşılaşdırılmasına töhfə verəcək".
© APA / marja.az

AMB: Kommersiya banklarında korporativ idarəetmə tələbləri yenilənəcək
Birbank Invest yeniləndi: investisiya portfelini idarə etmək daha rahat oldu
Rabitəbank Visanin dəstəyi ilə gamer turniri keçirəcək
"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Biznes plan necə yazılır?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Evdə biznes qurmağın yolları
Ən bahalı otellər hansılardır?
Biznes planı necə yazmaq lazımdır?