Daha bir əhəmiyyətli dövlət qurumu ödənişlərini - "MSOLUTİON"A ETİBAR ETDİ

Daha bir əhəmiyyətli dövlət qurumu ödənişlərini - Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin göstərdiyi xidmətlərə görə ödənişlərin qəbulu bundan sonra "MSolution" elektron pul təşkilatının ödəniş infrastrukturu vasitəsilə həyata keçiriləcəkdir.
FED.AZ xəbər verir ki, əməkdaşlıq çərçivəsində Agentliyin xidmətlərinə görə ödənişlər onlayn qaydada - bank kartları, Apple Pay və Google Pay daxil olmaqla müasir ödəniş üsulları ilə - sürətli və təhlükəsiz şəkildə həyata keçirilir. Hesablaşmalar isə real vaxt rejimində Dövlət Xəzinədarlığı Agentliyinin müvafiq hesabına köçürülür.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ölkədə rəqabət mühitinin qorunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində əsas dövlət qurumudur. Bu əməkdaşlıq dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində atılan növbəti mühüm addımdır.
"Dövlət qurumlarının ödəniş proseslərinin rəqəmsallaşdırılması bizim strateji istiqamətlərimizdən biridir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi kimi əhəmiyyətli bir qurumun ödənişlərini bizə etibar etməsi infrastrukturumuzun etibarlılığına və komandamızın peşəkarlığına verilən dəyərdir. Məqsədimiz vətəndaşların dövlət xidmətlərinə görə ödənişlərini maksimum rahat və təhlükəsiz etməkdir", - deyə MSolution-un direktoru Emil Abbasov bildirib.
MSolution haqqında
"Multi Solutions" MMC (MSolution) Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən lisenziyalaşdırılmış elektron pul təşkilatı və texnologiya şirkətidir. MSolution Visa, Mastercard və Google Pay üzrə rəsmi PSP tərəfdaşıdır, PCI DSS təhlükəsizlik standartına və ISO 27001 sertifikatına malikdir.
Şirkətin portfelinə Ədliyyə Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, AYNA, Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastr, bələdiyyə yönümlü ödəniş həlləri, mənzil-kommunal təsərrüfatı birlikləri, Mobil Notariat, myGov, İNVA, Elektron Hərrac Portalı və digər platformalar daxildir. Özəl sektorda onlayn mağazalar, restoran şəbəkələri və digər rəqəmsal xidmət platformaları ilə əməkdaşlıq təcrübəsi mövcuddur. Bu layihələr yüksək əməliyyat həcmi və fasiləsiz iş rejimi tələb edir.

Biznes     Tarix: 18 avqust 2026

Oxşar xəbərlər

Azərbaycan 24 ilin şirkəti sərmayəsindən 900 min manat – GÖTÜRDÜ

"Modern Construction Group" MMC (VÖEN: 1300144301) nizamnamə kapitalını azaldıb. Vergi borcu olan şirkətin ortaqları ayrıldı – KAPİTAL 4 DƏFƏ AZALDI. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkəti

Nazir: Azərbaycanda 4000-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir

"Azərbaycan-Türkiyə arasında iqtisadi sahədə əməkdaşlığın həcmi 5,7 milyard ABŞ dollarına çatıb, 2026-cı ilin ilk 8 ayında isə bu göstərici artıq 3,2 milyard dollar təşkil edib".  xəbər verir ki, bunu Azərbaycanı

7 milyon manat vergi borcu olan şirkətin – KAPİTALI AZALDILIR

"Evrostroy-S.S" MMC (VÖEN: 1503151571) nizamnamə kapitalının azaldığını elan edib. FED.a biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin nizamnamə kapitalının nə qədər azaldılması açıqlanmayıb. Qey

Sahibkarlar üçün yeni qayda: Bəzi yoxlamaların aparılması qadağan ediləcək

Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırıldığı müddətdə yoxlayıcı orqan tərəfindən hər hansı yoxlama tədbirlərinin aparılması qadağan ediləcək. xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakir

Azərbaycanda 2 milyonluq şirkət 110 milyonluq şirkətə - BİRLƏŞİR

"Novara Capital" MMC-nin (VÖEN: 1407780531) fəaliyyətinə xitam verilib. Vergi borcu olan şirkətin ortaqları ayrıldı – KAPİTAL 4 DƏFƏ AZALDI. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət "Mar

Dövlət və özəl sektor əməkdaşlığında sahibkarların rolu müzakirə olunub - FOTOLAR

Azərbaycan Türk İş Adamları Birliyi (ATİB) və FAYDA İş Adamları Platformasının birgə təşkilatçılığı, "Luxconcept" şirkətinin baş sponsorluğu, "Biznes TV" və "Biznes Mərkəzi"nin media dəstəy

Bizon "13 həftə, 13 avtomobil" lotereyasını uğurla yekunlaşdırdı – 13 qalib avtomobilinə qovuşdu

Azərbaycanın aparıcı içki markalarından biri olan "Bizon"un yay mövsümündə həyata keçirdiyi "13 həftə, 13 avtomobil" lotereya kampaniyası başa çatıb. xəbər verir ki, kampaniya çərçivəsində 13 həftə ərzind

Xaricə ixracı ən çox artıb-azalan dövlət şirkətləri – SİYAHI, MƏBLƏĞLƏR, MÜQAYİSƏ

Bu ilin yanvar-avqust aylarında bir sıra qeyri-neft sektoru üzrə dövlət şirkətlərin ixracdan əldə etdikləri gəlirlərdə artım, bəzilərində isə azalma müşahidə olunub. Əsas ixracatçı dövlət və özəl şirkətlərin yeni reytinq

Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU

"İsa bulag Catering Services" MMC (VÖEN: 8600230101) ləğv edilib. Vergi borcun var, amma işləyirsən - GÜZƏŞT EDİLƏCƏK – AZƏRBAYCANDA YENİLİK. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ləğv olunma şirkəti


iqtisadi xeberler rubl mezenne kicik biznes bitkoin bitcoin