Daha çox pul yığılmalıdır - Vergi Xidməti və Gömrük Komitəsi üçün büdcə planları artırılır

Daha çox pul yığılmalıdır - Vergi Xidməti və Gömrük Komitəsi üçün büdcə planları artırılır2026-cı ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 423 milyon manat, xərcləri 41 milyard 548.6 milyon manat, kəsiri 3 milyard 125.6 milyon manat proqnozlaşdırılır.
Marja.az Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlamaya istinadən xəbər verir ki, gələn il dövlət büdcəsi gəlirlərinin 48,9 faizi Dövlət Vergi Xidmətinin və Dövlət Gömrük Komitəsinin xətiilə təmin edilməsi nəzərdə tutulur. 
2026-cı ildə Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar dövlət büdcəsi gəlirlərinin 43,8 faizini və ya 16 milyard 821 milyon manat təşkil edəcəkdir ki, bu da cari ilin təsdiq olunmuş göstəricisindən 1 milyard 321 milyon manat və ya 8,5 faiz, 2024-cü ilin icra göstəriciləri ilə müqayisədə isə 1 milyard 13.0 milyon manat və ya 6,4 faiz çoxdur.
Bununla yanaşı, növbəti ildə dövlət büdcəsi gəlirlərinin 12 milyard 750 milyon manatı və ya 33,2 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin, 6 milyard 850 milyon manatı və ya 17,8 faizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 1 milyard 21 milyon manatı və ya 2,7 faizi büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarının, 981 milyon manatı və ya 2,6 faizi isə sair gəlirlərin payına düşür.
2026-cı il üzrə dövlət büdcəsinə proqnozlaşdırılan Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların 78,6 faizi və ya 13 milyard 221 milyon manatı qeyri-neft-qaz sektorunun, 21,4 faizi və ya 3 milyard 600.0 milyon manatı neft-qaz sektorunun payına düşür.
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar ÜDM-in 5,1 faizi həcmində olmaqla 6 milyard 850.0 milyon manat nəzərdə tutulur ki, bu da 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 250 milyon manat və ya 3,8 faiz, 2024-cü ilin faktı ilə müqayisədə 201,3 milyon manat və ya 3 faiz çoxdur. 
Həmçinin oxu
Azərbaycan 2026-cı il üçün 41,5 milyard manatlıq büdcə açıqladı
Daha çox pul yığılmalıdır - Vergi Xidməti və Gömrük Komitəsi üçün büdcə planları artırılır

Maliyyə     Tarix: 19 sentyabr 2025

Oxşar xəbərlər

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya


iqtisadi xeberler kicik biznes dollar mezenne dollar məzənnəsi valyuta kurslari