Danone Rusiya biznesini 191,7 milyona Çeçenistanla əlaqəli iş adamına satmağı planlaşdırır
Fransanın süd məhsulları istehsalçısı Danone şirkəti Rusiya Federasiyasındakı biznesini 17,7 milyard rubla (191,7 milyon dollar) Vamin Tatarıstana satmağı planlaşdırır.
FED.az xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times" qəzeti məlumat yayıb.
Məlumata görə, "Danone" şirkətinin Rusiyadakı törəmə şirkəti olan "Life & Nutrition" şirkətinin alıcısı Rusiyanın süd məhsulları istehsalçısı "Vamin Tatarstan" ("Вамин Татарстан") olacaq. "Vamin Tatarsta" şirkəti Çeçenistanla əlaqəli iş adamı Mintimer Mingazova məxsusdur.
Qəzet yazır ki, "Vamin Tatarıstan" Danone-nin Rusiyadakı aktivlərinə nəzarət üçün 17,7 milyard rubl (191,7 milyon dollar) ödəməyə hazırdır. Bildirilir ki, bunun 7,7 milyard rublu Rusiya müəssisəsinin borcunun ödənilməsinə, qalan hissəsi isə Danone-nin şirkətdəki payının ödənilməsinə yönəldiləcək.
2022-ci ilin oktyabrında Danone şirkəti Rusiyadakı təzə süd və bitki mənşəli məhsullar biznesini satmaq niyyətində olduğunu elan edib. Həmçinin, iyulun 16-da Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə Fransanın süd məhsulları istehsalçısının Rusiyadakı biznesi Federal Əmlakın İdarə Olunması Agentliyinin müvəqqəti idarəçiliyinə verilib. 2023-cü ilin iyul ayında Çeçenistanın Kənd Təsərrüfatı Naziri Yakub Zakriyev "Danone Russia" şirkətinin baş direktoru olub. Yakub Zakriyev Çeçenistan lideri Ramzan Kadırovun qardaşı oğludur. (Marja)

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Biznes planı necə yazmaq lazımdır?
Biznes qurmaq üçün nə lazımdır?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Kriptovalyuta nədir və necə alınır?
Françayzinq nədir və necə olur?