Daşınmaz əmlakın qeydiyyatına dair sənədlərin qəbulu və verilməsi ilə bağlı mobil xidmət necə həyata keçirilir?

Daşınmaz əmlakın qeydiyyatına dair sənədlərin qəbulu və verilməsi ilə bağlı mobil xidmət necə həyata keçirilir?Daşınmaz əmlakın qeydiyyatına dair sənədlərin qəbulu və verilməsi xidməti ünvanda da göstərilir. Banker.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, Dövlət Xidməti tərəfindən "Hüquq sahibinin sifarişi əsasında daşınmaz əmlakın qeydiyyatına dair sənədlərin qəbulu və verilməsi ilə bağlı mobil xidmətlərin göstərilməsi" adlı elektron xidmət vasitəsilə həyata keçirilir. Bu xidmət vaxt məhdudiyyəti səbəbindən Xidmətin ərazi idarələrinə gedə bilməyən vətəndaşlar üçündür.
Müraciət etmək istəyən şəxslər Dövlət Xidmətinin Elektron Xidmətlər Portalına (e-emlak.gov.az) daxil olmalıdır. Bundan sonra "Hüquq sahibinin sifarişi əsasında daşınmaz əmlakın qeydiyyatına dair sənədlərin qəbulu və verilməsi ilə bağlı mobil xidmətlərin göstərilməsi" bölməsinə keçid edərək şəxsə aid tələb olunan məlumatlar daxil edilir.
Fiziki və hüquqi şəxs tərəfindən verilən etibarnamə ilə müraciət etmək də mümkündür. Fiziki şəxs tərəfindən verilən etibarnamə ilə müraciətdə etibarnamə verənin şəxsiyyət vəsiqəsinin FİN kodu, hüquqi şəxs tərəfindən verilən etibarnamə ilə müraciətdə etibarnamə verən şəxsin VÖEN kodu daxil edilir, "Axtar" düyməsi sıxılır. Bütün xanalar doldurulduqdan sonra növbəti səhifəyə keçid olunur.
Daha sonra "Birtərəfli" və "İkitərəfli" xidmət olmaqla iki seçim təqdim edilir. "Birtərəfli" xidmətdə sənədlərin qəbulu və ya hazır sənədlərin çatdırılması xidmətlərinin yalnız birindən yararlanmaq mümkündür. Bunun üçün 30 manat xidmət haqqı tələb olunur. "İkitərəfli" xidmətdə isə sənədlərin qəbulu və hazır sənədlərin çatdırılması xidmətlərindən birlikdə istifadə etmək imkanı var. Bunun üçün isə 50 manat xidmət haqqı tələb olunur.
Müvafiq xanalara xidmətin göstəriləcəyi ünvan, tarix və saat qeyd olunur. Cari tarixdən maksimum 15 gün sonrakı tarixi seçmək mümkündür. Cari gündə bütün saat aralıqları tutulubsa, həmin gün üçün seçim deaktiv olunur.
Sonda elektron qaydada ödəniş etdikdən sonra qeyd edilmiş əlaqə məlumatlarına əsasən müraciət edən şəxsə elektron məktub və SMS bildiriş göndərilir.
Xidmətdən istifadə üçün keçid: 

Maraqlı     Tarix: 20 sentyabr 2022

Oxşar xəbərlər

Çinin elektromobil istehsalçıları avtomobil bazarı zəiflədikcə humanoid robotlara yönəlir

Çin şirkətləri on il əvvəl elektrik avtomobilləri sektoruna sürətlə daxil olmuşdular. İndi isə elektromobil bazarında sərt rəqabət fonunda artımın zəifləməsi onları humanoid robotlar (insanabənzər robot) sahəsinə yönəldir

2026-cı ildə dünyanın 10 ən böyük bankı

Banklar və iri maliyyə şirkətləri istənilən iqtisadiyyatın əsasını təşkil edir. Onların ölçüsünü qiymətləndirmək üçün müxtəlif yanaşmalar mövcuddur. Bəzi araşdırmalarda bankların bazar kapitallaşmasına, digərlərində isə aktivlərini

"İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir"

"İran İslam Respublikasının elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycanda təhsil məsələləri ilə bağlı verdiyi açıqlama təəccüb və təəssüf doğurur". Marja xəbər verirrki, bu, Azərbayca

Süni intellekt bizi zənginləşdirəcək, yoxsa sadəcə şirkətləri?

Təsəvvür edin, ölkənin ÜDM-i artır, şirkətlər rekord mənfəət açıqlayır, amma sizin maaşınız demək olar ki, dəyişmir. Süni intellekt iqtisadiyyatı daha məhsuldar edə bilər. Amma məhsuldarlığın artması avtomatik olaraq insanları

Meta "Muse Spark 1.3" süni intellekt modelini istifadəyə verib

"Meta Platforms" indiyədək hazırladığı ən güclü süni intellekt modeli kimi təqdim etdiyi "Muse Spark 1.3"ü istifadəyə verib. Marja xəbər verir ki, Şirkətin Süni İntellekt üzrə Baş direktoru Aleksandr Van

Çin dolların sanksiya gücünü zəiflədir, lakin onun qlobal üstünlüyünə son qoya bilmir

2022-ci ildə Ukraynada hərbi əməliyyatların başlamasından sonra ABŞ Rusiyanı qlobal maliyyə sistemindən təcrid etməyə çalışdı. Bunun nəticəsində bir çox ekspert dolların iqtisadi təzyiq alətinə çevrilməsinin dünya iqtisadiyyatını

"Süni intellekt hamımızın ölümünə səbəb ola bilər" - Süni intellekt şirkətinin əməkdaşı istefa verdi

Süni intellekt şirkəti Anthropic-in əməkdaşı Ceykob Kokson (Jacob Coxon) süni intellektin "real güc və resurslar əldə edə biləcək fövqəlinsan sistemlərə çevrilə biləcəyini" iddia edərək şirkətdən istefa verdiyin

Sibirdə şübhəli hadisə taunla bağlı narahatlığı artırıb – xəstəlik haqqında nə bilirik?

— Taun tarixdə ən çox qorxu doğuran xəstəliklərdən biridir və on milyonlarla insanın ölümünə səbəb olmuş pandemiyalarla yadda qalıb. Bu gün insanlarda taun hallarına nadir rast gəlinir və adətən antibiotiklərlə müalicə olun

Microsoft-dan güclü süni intellekt noutbuku: 2 599 dollara satışa çıxır

"Microsoft" şirkəti "Nvidia"nın süni intellekt imkanlarına malik yeni çipi ilə təchiz edilmiş "Surface Laptop Ultra" modelini təqdim edib. Yeni noutbukun ABŞ-da başlanğıc qiyməti 2 599,99 dolla


iqtisadi xeberler en son xeberler valyuta kurslari bitcoin qiymeti avtomobil xeberleri