"Daxili borcun artması maliyyə bazarının kifayət qədər inkişafına səbəb olmayıb"
Azərbaycanda daxili borcun həcminin artması maliyyə bazarının kifayət qədər inkişafına səbəb olmayıb, lakin büdcə xərclərinin artmasına gətirib çıxarıb.
Bu, "Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə rəyində əksini tapıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Qeyd edilib ki, daxili dövlət borcu üzrə ödənişlər dövlət büdcəsinin tərkibində 2025-ci il üçün 958 mln. manat (136,8 mln. manat əsas borc və 821,2 mln. manat faiz borcu) proqnozlaşdırılır ki, bu da dövlət borcuna xidmətlə bağlı xərclərin ümumi məbləğinin 39,9%-nə, habelə dövlət büdcəsi gəlirlərinin 2,5%-nə, dövlət büdcəsi xərclərinin isə 2,3%-nə bərabərdir. Bu məbləğ, 2024-cü ilin ilkin proqnozundan 458 mln. manat, yenidən baxılmış məbləğdən isə 787,7 mln. manat çoxdur.
Xərclərin artımının əsas səbəbi iki istiqamətdə özünü göstərir. Birincisi Hökumətin zəmanətli öhdəlikərinin vaxtında icra edilməsi məqsədilə "Aqrarkredit" BOKT-un öhdəliklərinin daxili dövlət borcu kimi təsnifləşdirilməsi və bu öhdəliklər üzrə növbəti il ödənilməli olan 136 mln. manat əsas borc və 13,2 mln. manat faiz borcu ödənişlərinin daxili dövlət borcuna xidmət xərclərində nəzərə alınması, ikincisi isə emissiya edilmiş dövlət istiqrazlarının faiz dərəcələrinin yüksəlməsi ilə əlaqədardır.
Cari ilin ilkin təsdiq edilmiş göstəriciləri ilə müqayisədə 2025-ci il üzrə xarici dövlət borcunun faiz xərcləri 22,9% azalsa da, daxili dövlət borcunun faiz xərcləri 64,2% artmışdır (yenidən baxılmış göstərici ilə müqayisədə 4,8 dəfə) ki, bu da Hesablama Palatasının daxili dövlət borcunun faiz yükünün artımı ilə bağlı etdiyi çağırışların reallaşdığını deməyə əsas verir.
© APA / marja.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
McDonalds haqqında maraqlı faktlar
Kriptovalyuta nədir və necə alınır?
Bitcoin nədir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Kriptovalyuta nədir?