Deputatdan su təsərrüfatında özəl sektorun iştirakı ilə bağlı təklif

Deputatdan su təsərrüfatında özəl sektorun iştirakı ilə bağlı təklifÖtən həftə Milli Məclisdə "Su təchizatı və tullantı suları haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olundu.
"Su təchizatı və tullantı suları haqqında" qanuna dəyişiklik təsdiqlənib
Müzakirələr çərçivəsində çıxış edən millət vəkili Elnur Allahverdiyev təklif etdi ki, dəniz suyunun tənzimlənməsi və filtrasiyadan keçirilməsi prosesində özəl sektor iştirak edə bilər. E.Allahverdiyevin fikrincə, əhalinin sayının sürətlə artması və iqtisadiyyatın böyüməsi şəraitində həm içməli, həm də texniki suya olan ehtiyac dəfələrlə artır. Bu baxımdan, dəniz suyunun təmizlənməsi, yaxud çay sularının filtrasiyasi prosesində özəl sektor iştirak edə bilər.
FED.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, deputat bu gün sosial şəbəkə hesablarından paylaşdığı postda bu məsələyə bir daha toxunub.
"Milli Məclisin plenar iclasında "Su təchizatı və tullantı suları haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı mövzu ilə əlaqəli təkliflə çıxış etdim. Bu gün əhalinin sürətlə artdığı və istehsal sahələrinin çoxaldığı bir dövrdə su qıtlığı bütün dünya qarşısında duran ən aktual problemlərdən biridir. Təbii ki, ölkəmiz də qlobal dünyanın bir parçası olduğundan gələcəkdə yarana biləcək bu kimi problemlər hər birimizi düşündürməlidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi ordumuz Qarabağ və Şərqi Zəngəzuru erməni işğalından azad etdikdən sonra su ehtiyatlarımız və mənbələrimiz xeyli artıb. Bu, həm əhalinin içməli su ilə təminatı, həm də əkin sahələrinin suvarılması deməkdir. Bununla belə, biz dəniz suyunun təmizlənməsi və çay sularının yüksək keyfiyyətli filtrasiyadan keçirilməsi barədə düşünməliyik ki, buradan əldə etdiyimiz texniki sudan istehsalat və təsərrüfat sferalarında yararlana və içməli su ehtiyatlarımıza qənaət edə bilərik.
Hesab edirəm ki, bu prosesdə özəl sektorun iştirakını təmin etməklə həm operativliyə, həm də dövlətin yükünün azaldılmasına nail ola bilərik. Misal üçün, hər hansı şirkət suyun təmizlənməsi və filtrasiyası prosesini təşkil edir, təbii ki, bu işə investisiya yatırır. Eyni zamanda, dövlət də şirkətə onun istehsal etdiyi suyun istehsal sektorunda çalışan obyektlərə, kənd təsərrüfatında suvarma işi üçün satışına təminat verir.
Yəni şirkətdə əminlik yaranır ki, yatırdığı investisiyanı geri qaytara və gəlir əldə edə biləcək. Düşünürəm ki, bu, bizə su ilə bağlı olan bir çox sahələrdə içməli suya qənaətsiz yanaşma və israfçılığın qarşısını almağa ciddi kömək edə bilər.
Əlavə edim ki, ötən il oxşar təkliflə ekoloji cəhətdən təmiz enerji istehsalı ilə bağlı da təkliflə çıxış etmişdim. Yəni eyni qaydada, özəl sektor yaşıl enerji istehsalına vəsait yatıra bilər. İstehsal etdiyi enerjini isə istisnasız olaraq dövlətə satar. Dövlət də eyni qaydada əhaliyə. Fikirmcə, hər iki halda bu, qənaətə, dövlətin yükününün azaldılmasına səbəb olar və yeni iş yerlərinin açılmasına geniş imkanlar aça bilər", - parlamentari qeyd edib.

Biznes     Tarix: 20 fevral 2024

Oxşar xəbərlər

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Azərbaycanda yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılacaq. xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsində əks olunub. İndiyədək, anca

Bakı "PostEurop" Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

7–8 oktyabr 2026-cı il tarixlərində Bakıda "PostEurop" Baş Assambleyası və Biznes Forumu keçiriləcək. xəbər verir ki, beynəlxalq tədbirə AZCON Holding şirkətlərindən olan "Azərpoçt" MMC ev sahibliyi edəcək

Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinın əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, "Həbibli-1" MMC-yə məxsus bazarda yoxlama keçirilib. "Qızı

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

Pampers 23 milyard dollar qazanıb

ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır

Avropa İttifaqı (Aİ) şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş qiymətləndirir. xəbər verir ki, bunu Bakıda keçirilən Aİ-Azərbaycan Biznes Forumunun 2024–2026-cı illər üzrə qrup rəhbəri Aytən Axundov

Azərbaycan Asiya-Sakit okean Pərakəndəçilər Assosiasiyaları Federasiyasına – ÜZV OLDU - FOTOLAR

Azərbaycan "Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyi (TŞİİB) vasitəsilə Asiya-Sakit okean Pərakəndəçilər Assosiasiyaları Federasiyasına (FAPRA) üzv qəbul edilib. . biznes və maliyyə xəbərləri portalı xəbə


iqtisadi xeberler pul qazanmaq rubl mezenne bank faizleri valyuta kurslari