Dəstək və əzm sayəsində əldə olunan nailiyyətlər: qəhrəmanlarımızın uşaqları beynəlxalq olimpiadalarda - FOTOLAR

Dəstək və əzm sayəsində əldə olunan nailiyyətlər: qəhrəmanlarımızın uşaqları beynəlxalq olimpiadalarda - FOTOLARGeniş auditoriya IMEC və TIMO beynəlxalq olimpiadalarında qızıl medallara layiq görülən azərbaycanlı məktəblilərin hekayələri ilə artıq tanış olub.
FED.az xəbər verir ki, "McDonald"s Azərbaycan"ın dəstəyi sayəsində iştirakçılar yarışların beynəlxalq mərhələlərinə yollana və ölkəmizi layiqincə təmsil edə biliblər.
Bakıya qayıtdıqdan sonra gənc çempionlar üçün "McDonald"s" restoranlarından birində səmimi, qeyri-rəsmi görüş təşkil edilib.
Görüşdə "McDonald"s Azərbaycan"ın Müşahidə Şurasının sədri Fərid Əlizadə və Dövlət Sosial Müdafiə Fondunun Layihələrin idarə olunması departamentinin müdiri Elnur Məmmədov da iştirak ediblər.
Uşaqların yarışlara hazırlaşması, qələbəyə uzanan yolu və bu yolda onlara göstərilən dəstək haqqında daha çox məlumat əldə etmək üçün uşaqların valideynləri ilə söhbətləşdik.
"O, atasına verdiyi vədə əməl etdi"
Araz Şadmanzadə IMEC (International Mathematics Examination Competition) Beynəlxalq Riyaziyyat Olimpiadasının mütləq çempionu olub.
Bakıda keçirilən seçim turunda uğurla iştirak etdikdən sonra o, Sidneydə təşkil edilən finala yollanıb. Final mərhələsində bütün tapşırıqları cəmi 18 dəqiqə 22 saniyə ərzində yerinə yetirən Araz maksimum bal toplayıb və 15 ölkəni təmsil edən 64 iştirakçını üstələməyi bacarıb.
"McDonald"s Azərbaycan" Bakıya qayıdan Araz və digər iştirakçılar üçün görüş təşkil edib. Görüş zamanı şirkət nümayəndələri məktəbliləri qələbə münasibətilə təbrik edib və onlara xatirə hədiyyələri veriblər.
Anası, Gülşən xanım, Arazın hələ erkən yaşlarından şahmat və riyaziyyata maraq göstərdiyini deyib. Onun sözlərinə görə, məktəbdə keçirilən ilk yarışlarından sonra o, inadla məşğul olmağa davam edib və nəticələrini daim yaxşılaşdırmağa çalışıb.
"Bir vaxtlar o, atasına qızıl medal qazanacağına söz vermişdi. Bu vəd onun üçün vacib bir məqsəd olaraq qalırdı. 2023-cü ildə Araz liseyə qəbul oldu, elə həmin il atası, polkovnik-leytenant Əkrəm Şadmanov şəhid oldu. O, 1984-cü ildə Kəlbəcər rayonunun Zivel kəndində anadan olmuşdu, Azərbaycan Ordusunda xidmət etmiş, Qubadlı və Cəbrayılın azad olunmasına görə medallarla təltif edilmiş, ölümündən sonra "Vətənə xidmətə görə" ordeninə layiq görülmüşdü. Araz bu itkini çox ağır keçirdi, lakin atasına verdiyi vədə sadiq qalaraq yoluna davam etməyi bacardı," — Gülşən xanım deyir.
Gülşən xanım qeyd edib ki, Arazın Avstraliyaya səfəri "McDonald"s Azərbaycan" və Dövlət Sosial Müdafiə Fondunun dəstəyi sayəsində mümkün olub:
"Bu yardım həlledici rol oynadı. Araz öz vədinə əməl etdi. İndi o, həkim olmaq və Xankəndidə çalışmaq, həmçinin yaxın gələcəkdə beynəlxalq turnirlərdə Azərbaycanı təmsil edərək şahmat sahəsində uğur qazanmaq arzusundadır."
"O, qürurla deyir ki, atasının uğrunda həyatını fəda etdiyi bayrağı həmişə dalğalandıracaq"
Nazlı Ələkbərzadənin anası Lalə Ələkbərova qızını xeyirxah, məqsədyönlü və hərtərəfli inkişaf etmiş şagird kimi xarakterizə edir. Nazlı riyaziyyat, məntiq, robototexnika ilə maraqlanır, həmçinin rəqs və gimnastika ilə məşğul olur.
"Kiçik yaşlarından o, təhsilə maraq göstərirdi və həmişə yeni nailiyyətlərə can atırdı. TIMO olimpiadasında atasının xatirəsinə Azərbaycan bayrağını layiqincə yüksəldəcəyinə və qızıl medal qazanacağına söz vermişdi. Antalyada keçirilən beynəlxalq mərhələdə isə bu vədini yerinə yetirərək birinci yerə layiq görüldü," — deyə Lalə xanım bildirir.
Nazlının atası Əli Ələkbərov Azərbaycan Ordusunun əsgəri olub. O, 1985-ci ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub, Vətən müharibəsində Suqovuşan və Ağdam istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 17 oktyabr 2020-ci ildə Ağdamda şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Onu da qeyd edək ki, Nazlının qardaşı Əkbər Ələkbərzadə də təhsilində mükəmməl nəticələr göstərir. Belə ki, o, TIMO olimpiadasında bürünc, UAMO olimpiadasında isə qızıl medal qazanıb. Əkbər də riyaziyyat və məntiq sahəsində ailə üzvlərinin uğurlu ənənəsini davam etdirir.
Lalə xanım "McDonald"s Azərbaycan"ın və Dövlət Sosial Müdafiə Fondunun dəstəyinin vacibliyini vurğulayıb:
"Onların köməyi uşaqlarımızın nüfuzlu yarışlarda iştirak etmək arzusunu həyata keçirməyə imkan verdi. Bakıya qayıtdıqdan sonra məktəblilərə göstərilən səmimi qəbula və diqqətə görə çox minnətdarıq".
İnadkarlıq və dəstəyin səbəb olduğu qələbələr
Araz və Nazlının hekayələri iradənin və savadlı olmaq istəyinin bariz nümunələridir.
Onların əldə etdiyi nailiyyətlər gələcək nəslin inkişafına töhfə olmaqla yanaşı, həm də ölkəsinin müdafiəsində duranların xatirəsinə hörmət əlamətidir.
Qeyd edək ki, "McDonald"s Azərbaycan" şirkəti Dövlət Sosial Müdafiə Fondu ilə uzunmüddətli əməkdaşlıq çərçivəsində Vətən müharibəsinin şəhid və veteran ailələrindən olan 58 uşağın beynəlxalq TIMO və IMEC olimpialarında iştirakına dəstək göstərib, seçim mərhələlərini uğurla keçən şagirdlərin səfərlə bağlı bütün xərclərini öz üzərinə götürüb.
Nəticədə, 14 məktəbli milli səviyyədə mükafata layiq yerlər qazanıb, onlardan ikisi - Araz Şadmanzadə və Nazlı Ələkbərzadə isə Azərbaycanı beynəlxalq arenada uğurla təmsil ediblər.

Biznes     Tarix: 14 may 2025

Oxşar xəbərlər

Agentlik: Sahibkarların 99,7 %-i KOB subyektləridir

Azərbaycanda sahibkarlıq subyektlərinin 99,7 %-ni mikro, kiçik və orta biznes (KOB) subyektləri təşkil edir. xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA

"McDonald"s Azərbaycan" şəhid və qazi ailələrinin övladları üçün yay istirahəti təşkil edib - FOTOLAR

"McDonald"s Azərbaycan" Dövlət Sosial Müdafiə Fondu ilə birgə şəhid və qazi ailələrindən olan 12 uşaq və onların yaxınları üçün Bilgəh qəsəbəsində yerləşən "Camphood" düşərgəsinə yay istirahəti təşki

ABŞ–İran gərginliyinə baxmayaraq, şirkətlər Dubaya axışır

Dubay Beynəlxalq Maliyyə Mərkəzi (DIFC) çərşənbə axşamı açıqlayıb ki, ABŞ–İran gərginliyinin davam etməsinə baxmayaraq, iyunun sonunadək olan birillik dövrdə mərkəzdə yeni şirkət qeydiyyatlarının sayı 30% artıb. Dubayda yaşayı

Prezident: Almaniya şirkətləri Azərbaycanda fəal işləyir

Almaniya şirkətləri Azərbaycanda fəal işləyir. xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Kansleri Fridrix Merts ilə birgə mətbuat konfransında bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycanda Almaniy

Azərbaycan şirkəti Dubaydakı şirkətə verilən borcu geri ala bilmədi – BORCU SATIŞA ÇIXARDI

Azərbaycanda böorc öhdəliklərinin satışı ilə bağlı bazar inkişaf etməkdədir. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, "Aqrar Kredit" BOKT öz balansında olan debitor borcların bir hissəsini satışa çıxarıb

Azərbaycanda 7 şirkət ləğv edildi – EYNİ HOLDİNQƏ QOŞULDU

Azərbaycanda fəaliyyət göstərən 7 şirkət ləğv edilib. Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı – BAĞLANIR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətlər ləğv edilərək "İntegra Holding" MMC-y

Dünyanın 500 ən varlı adamı bir gündə sərvətinə 336 milyard dollar əlavə edib

Bloomberg Milyarderlər İndeksinə görə, Nyu-York birjasının bağlanışında dünyanın ən varlı 500 insanı sərvətinə 336 milyard dollar əlavə edib. Mask tarixdə ilk trilyonçu oldu - YENİ RƏQƏMLƏR. xəbər verir ki, 15 iyunda qeyd

ABŞ şirkətinin Azərbaycandakı filialı – BAĞLANIR

"Bechtel İnternational Systems İNC." şirkətinin Azərbaycandakı filialı (VÖEN: 1701274151) ləğv edilir. Azərbaycanda eyni sahədə çalışan - 10 ŞİRKƏT LƏĞV EDİLDİ. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki

Azərbaycan-Almaniya Biznes Şurası yaradılır - FOTOLAR

İyulun 21-də Berlində Almaniya-Azərbaycan sənədlərinin imzalanması mərasimi keçirilib.   xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Mert


iqtisadi xeberler birbank avtomobil xeberleri iqtisadiyyat xeberleri bitkoin almaq