"DHL" Rusiyada xidmətini dayandırır

2022-ci il sentyabrın 1-dən beynəlxalq nəqliyyat şirkəti olan "DHL" Rusiya daxilində çatdırılma xidmətini dayandıracaq. Bu barədə holdinq öz saytında məlumat yayıb. Avqustun 31-dək Rusiyada çatdırılma üçün qəbul edilmiş sənədlər və yüklər "DHL" tərəfindən alıcılara təhvil veriləcək. Bundan əlavə, şirkət Rusiyadan xaricə bağlamalar göndərməyə davam edəcək. "DHL" 1984-cü ildən Rusiyada fəaliyyət göstərir – o, SSRİ-yə gələn ilk beynəlxalq kuryer şirkəti olub.
Banker.az bu barədə "Secretmag"a istinadən xəbər verir.
Daxili bazardan çəkilmə qərarını DHL infrastruktur və informasiya sistemlərinin fəaliyyətində "əhəmiyyətli texniki çətinliklər", habelə "qanunvericilik məhdudiyyətləri" ilə izah edib.
"DHL" 1969-cu ildə San-Fransiskoda yaradılıb və tezliklə bütün dünyada fəaliyyətini genişləndirib. 2002-ci ildən şirkət "Deutsche Post DHL" holdinqinin bir hissəsidir və Almaniyada milli poçt operatorudur.
Hələ bundan əvvəl, 1984-cü ildə "DHL" SSRİ bazarına çıxıb və ölkədə ilk beynəlxalq kuryer operatoru olub. Elə həmin illərdə şirkət rəqiblərinin olmadığı digər bazarlara da – İraq, İran, Çin, Vyetnam, Şimali Koreyaya çıxıb.

Xəbərlər     Tarix: 29 iyul 2022

Oxşar xəbərlər

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə


iqtisadi xeberler bank faizleri bu gunun xeberleri rubl mezenne dollar məzənnəsi