Dollar bir qədər ucuzlaşıb, qızıl isə artım tendensiyasını bərpa etməyə çalışır - GÜNƏ BAXIŞ

Dollar bir qədər ucuzlaşıb, qızıl isə artım tendensiyasını bərpa etməyə çalışır - GÜNƏ BAXIŞBu gün ABŞ-da Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı (NFP) göstəricisinin açıqlanması ərəfəsində dollar major valyutalar qarşısında bir qədər ucuzlaşıb, qızıl isə artım tendensiyasını bərpa etməyə çalışır. 
EUR/USD valyuta cütlüyü ötən gün 1.16300 səviyyəsindən bahalaşmağa başlayıb və cümə axşamı günü artıq 1.16750 səviyyəsinədək yüksəlib. Eyni müddət ərzində USD/JPY cütlüyü 148.770 həddindən 148.080 həddinə kimi enib. Qızıl dünən 3511$-a qədər ucuzlaşdıqdan sonra dəyər qazanmağa başlayıb və artıq 3561$-a qədər artıb. 

ABŞ-ın Energetika Nazirliyinin həftəlik hesabatına əsasən, ötən həftə ölkənin kommersiya məqsədli neft ehtiyatları 2.42 milyon barel artaraq 420.7 milyon barelə çatıb. Ekspertlər ehtiyatların 1.8 milyon barel azalacağını proqnozlaşdırmışdılar. Hesabat dərc edildikdən sonra "Brent" markalı neftin bir barel üçün qiyməti 67.50$-dan 66.95$-a qədər ucuzlaşıb.
Nyu-York Federal Ehtiyatlar Bankının sədri Con Uilyams bildirib ki, onun fikrincə, faiz dərəcələrinin azaldılması zamanla "məqsədəuyğun olacaq", lakin bu addımın dəqiq vaxtı və tempi açıqlanmayıb. "Gələcəyə baxaraq deyə bilərəm ki, əgər hədəflərimizə nail olmaqda irəliləyiş davam edərsə, mənim əsas proqnozumda olduğu kimi, zamanla faiz dərəcələrinin daha neytral səviyyəyə endirilməsi məqsədəuyğun olacaq", – deyə Uilyams cümə axşamı qeyd edib.
Proqnoz olunur ki, ABŞ Federal Ehtiyatlar Sistemi (FED) işəgötürmə göstəricilərinin aylıq zəifləməsi və əmək bazarı ilə bağlı narahatlıqlar fonunda 16–17 sentyabr tarixlərində keçiriləcək iclasında faiz dərəcələrinin azaldılmasına yenidən başlasın. Cari ilin əvvəlindən FED ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi tariflərin inflyasiyaya təsirini qiymətləndirmək üçün dərəcələri əvvəlki səviyyədə saxlayıb.
Ötən gün dərc olunan məlumatlara əsasən, ABŞ-ın ticarət saldosunun kəsiri iyul ayında əvvəlki ayla müqayisədə 32.5% artaraq 78.3 milyard dollara çatıb. Qeyd edək ki, göstərici iyulda son 4 ayın ən yüksək həddinə çatıb. İyul ayında ixrac 800 milyon dollar (0.3%) artaraq 280.5 milyard dollara yüksəlib ki, bu da, son 3 ayın maksimumudur. İdxalın həcmi isə 20 milyard dollar (5.9%) artaraq 358.8 milyard dollara çatıb ki, bu göstərici son 4 ayın maksimumudur. 
Həmçinin, Amerikada ötən həftə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 8 min nəfər artaraq 237 min nəfərə çatıb. Qeyd etmək lazımdır ki, bundan 1 həftə öncə müraciətlərin sayı 229 min nəfər təşkil etmişdi. ADP tərəfindən açıqlanan Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı göstəricisi iyul ayı ilə müqayisədə 106 mindən 54 minə qədər zəifləyib və 73 minlik proqnozun altında qalıb.
ABŞ-ın Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi (ISM Services) (PMI) avqust ayında 52 bəndədək artaraq 6 ayın maksimumuna çatıb. Bu barədə ölkənin Təchizat İdarəetmə İnstitutu (ISM) məlumat verib. İyul ayında göstərici 50.1 bənd təşkil etmişdi. Bununla yanaşı, "S&P Global" tərəfindən hesablanan avqust ayı üzrə xidmət sektorunda PMI iyul ayında olan 55.7 bənddən 54.5 bəndədək geriləyib. 
Bu gün investorların diqqət mərkəzində Bakı vaxtı ilə saat 16:30-da Amerikada dərc olunacaq əmək bazarı, xüsusilə də "NFP" hesabatı olacaq. Əlavə olaraq, ABŞ-da açıqlanacaq Orta Saatlıq Əməkhaqqı və İşsizlik Səviyyəsi bazar iştirakçılarının marağına səbəb olacaq. 
Eləcə də, Böyük Britaniyada dərc olunacaq Pərakəndə Satış Dövriyyəsinin Həcmi, Almaniyada açıqlanacaq Sənaye Sektorunda Sifarişlərin Həcmi və Avrozonada yayımlanacaq ÜDM göstəriciləri beynəlxalq birjalarda qiymətlərin dəyişməsinə təsir edə bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 05 sentyabr 2025

Oxşar xəbərlər

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya


iqtisadi xeberler kicik biznes dollar mezenne dollar məzənnəsi valyuta kurslari