Dollar indeksi toparlanmağa çalışır - GÜNƏ BAXIŞ
Ötən həftə ABŞ-da iqtisadiyyatın ehtimal olunandan daha çox - 2.9% böyüməsi, eləcə də "NFP"-nin proqnozları üstələyərək daha çox artması fonunda dollar indeksi cari həftənin əvvəlində toparlanmağa çalışır.
Görünür FED-in sərt monetar siyasəti davam etdirmək üçün dəstək aldığı əsas iki iqtisadi göstəricinin də proqnozları üstələməsi birjaların "FOMC"-un dekabr toplantısında da uçot dərəcələrinin növbəti dəfə 0.75% artırılacağına olan ümidlərini artırıb. Nəticədə dollar indeksi 105 bənd hədlərinə yüksəlib.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Təhlillərə əsasən DXY 105 bənd həddinin üzərində möhkəmlənə bilsə, artım tendensiyasını 110 bənd hədlərinə kimi davam etdirə bilər. Bu isə öz növbəsində EUR/USD və GBP/USD cütlüklərində artım tendensiyasının eniş tendensiyası ilə əvəzlənməsinə səbəb ola bilər.
Dünya birjalarında dolların tələbin artması fonunda qızıl 1766$-a kimi ucuzlaşıb. Təhlillərə əsasən hazırda 1772$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyəri 166$ həddinin altına düşsə, eniş tendensiyası 1746$-a kimi davam edə bilər.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb. / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Dünyanın ən zəngin idmançıları
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
1000 manatla hansı biznesi qurmaq olar?
Bitcoin necə işləyir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt