Dollar ucuzlaşmağa davam edir
Ticarət məlumatlarına görə, cümə axşamı günortadan sonra dollar əsas dünya valyutaları qarşısında ucuzlaşmaqda davam edir.
Marja xəbər verir ki, investorlar ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz artımı sürətinin yavaşlayacağını gözləyirlər.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Bakı vaxtı ilə saat 16:30 olan məlumata görə, Avro/Dollar məzənnəsi əvvəlki bağlanış 1,0423 dollardan 1,0454 dollara yüksəlib (Avro bahalaşıb, Dollar ucuzlaşıb).
Dollar/yen məzənnəsi 138,03 yendən 136,23 yenə düşüb.
Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan 6 ölkənin valyutalarından ibarət səbətə nisbətdə məzənnə) 0,38% azalaraq 105,54 bənd təşkil edib.
Bazarlar FED-in rəhbəri Cerom Pauelin çərşənbə günü baş tutan çıxışını qiymətləndirir. Pauell, mərkəzi bankın faizin artırılmasını yavaşlatmağı "riskləri tarazlaşdırmaq üçün yaxşı bir yol" olaraq gördüyünü söyləyib.
CME Group-un məlumatına görə, hazırda analitiklərin 79%-dən çoxu FED-in faizlərini 75 baza bəndi deyil, 50 baza bəndi artıraraq illik 4,25-4,5% aralığına qaldıracağını gözləyirlər. Yəni, FED-in faiz artırmağı yavaşladacağı proqnozlaşdırılır. Bundan əvvəl FED, ardıcıl 4 dəfə faizlərini 75 baza bəndi artırmışdı. / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Dünyanın ən zəngin idmançıları
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
1000 manatla hansı biznesi qurmaq olar?
Bitcoin necə işləyir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt