Dollara tələbin artması qızılın ucuzlaşmasına təsir göstərir - GÜNƏ BAXIŞ

Dollara tələbin artması qızılın ucuzlaşmasına təsir göstərir - GÜNƏ BAXIŞCari ticarət həftəsinə 2 aylıq zirvəsindən qismən enişlə sakit başlayan DXY 103 bənd səviyyəsində mövqeyini qoruyur. İnvestorlar isə bu həftə avqustun 24-dən 26-na kimi baş tutacaq "Jackson Hole" Simpoziumunu gözləyirlər. Bu il konfransın əsas gündəm mövzusu "Qlobal İqtisadiyyatda Struktur Dəyişikliklər" olacaq. Simpoziumda çıxış edəcək ABŞ FED sədri Jerom Pavelin həm ABŞ iqtisadiyyatı, həm də qlobal bazarla bağlı şərhləri yaxından izləniləcək.
Son bir həftədə dollar avro qarşısında təxminən 0.7% bahalaşıb. Dollar Asiya regionu valyutalarına qarşı da güclü perspektiv nümayiş etdirib. Belə ki, USD Yaponiyanın keçən il məzənnəyə müdaxilə etdiyi səviyyələrə çataraq, yen qarşısında illik ən yüksək səviyyələri test edir.
Digər tərəfdən, Çinin faiz endirimi bazar tərəfindən xəyal qırıqlığı kimi şərh edildi. Çin kredit tələbini stimullaşdırmaq məqsədilə illik kredit faiz dərəcəsini ən azı 15 baza bəndi proqnozlaşdırılsa da, 10 baza bəndi aşağı salıb. Bundan əlavə, yuan sürətlə ucuzlaşsa da, 5 illik faiz dərəcəsinin sabit saxlanılması bazar tərəfindən mənfi qarşılanıb. Məlumatlara görə, Çinin əsas dövlət bankları son həftə ərzində həm ölkədə, həm də ofşor bazarda yuanı almaqla valyutanın aşağı yönlü dəyişkənliyini kompensasiya etməyə çalışıblar.
USD/CNY keçən həftəni 7.28 səviyyəsində bağlasa da, qismən enişlərə baxmayaraq, dollar həftəlik olaraq yuana qarşı dəyər qazanmağa davam etdi. Yeni həftədə də artım tendensiyasını davam etdirən USD/CNY 7.31 səviyyəsinə çatıb və ilin pik səviyyəsini yenidən sınaqdan keçirib.
Çindəki mənfi tendensiya qlobal bazarlar üzərində təzyiq yaratmağa davam edərkən, FED sədrinin "Jackson Hole" Simpoziumunda çıxışının bazarlara yön verə biləcəyi düşünülür.
Dollara tələbin artması iyulun ortalarından etibarən qızılın ucuzlaşmasına da təsir göstərir. Qiymətli metallar bazarında hazırkı görünüşündə hələ də "güvənli liman" missiyasını üzərinə götürməyən, XAU/USD 5-ci həftəyə daşıdığı eniş trendində 1885$-a kimi ucuzlaşsa da, "ayılar" hələ də bu dəstək həddini qırmağa müəssər ola bilmirlər. Lakin qızılnın bir unsiya üzrə qiyməti 1905$ həddinin altında qaldığı müddətcə eniş tendensiyası davam edə bilər
Bugün isə Amerikada ikinci əl mənzil bazarında satış rəqəmləri investorların diqqət mərkəzində olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 22 avqust 2023

Oxşar xəbərlər

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı

() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric


iqtisadi xeberler bitcoin qiymeti bitkoin telefonla pul qazanmaq dollarin kursu bu gun