Dollarda artım tendensiyası daha kəskin xarakter ala bilər - GÜNƏ BAXIŞ

Dollarda artım tendensiyası daha kəskin xarakter ala bilər - GÜNƏ BAXIŞKredit reytinq agentliyi "Moodys" ABŞ-ın bir neçə kiçik və orta bankının kredit reytinqini aşağı salması fonunda fond birjalarında yeni bir satış dalğası müşahidə edildi.
"Moodys" 10 ABŞ bankının reytinqini bir pillə aşağı salıb. Əlavə olaraq isə "Bank of New York Mellon", "US Bancorp", "State Street" və "Truist Financial" da daxil olmaqla 6 bankın reytinqini mümkün azalmalara görə yoxlamalara başlayıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
"Fitch"-in keçən həftə ABŞ-ın kredit reytinqini aşağı salmasından sonra "Moodys"-in bəzi banklara verdiyi xəbərdarlığın investorlara ehtiyatlı olmaq üçün əlavə səbəb verdiyini deyən analitiklər, ABŞ-da bank sektorunun sağlamlığı ilə bağlı narahatlıqların da artdığını bildiriblər.
Reytinqin aşağı salınmasından sonra ABŞ-ın ən böyük banklarından olan "Goldman Sachs" və "Bank of America"-nın səhmləri 2%, "JPMorgan Chase"-in səhmləri isə təxminən 1% ucuzlaşıb.
ABŞ Federal Ehtiyatlar Sistemi (FED) rəsmilərinin açıqlamalarına gəldikdə, Filadelfiya FED sədri Patrik Harker, sərt monetar siyasətdə çox uzağa getmək istəmədiklərini, yəqin ki, gələn il faizləri endirməyə başlayacaqlarını bildirib.
Makroiqtisadi məlumatlar tərəfində isə ABŞ-da xarici ticarət kəsiri iyunda aylıq müqayisədə 4.1% azalaraq 65.5 milyard dollara düşüb. Bu dövrdə qlobal tələbin zəifləməsi səbəbiylə ölkənin ixracatı 2022-ci ilin mart ayından bu yana ən aşağı səviyyəyə düşüb. İdxal isə davam edən yüksək inflyasiya və daxili tələbata təsir edən faiz dərəcələrinin artması səbəbindən 2021-ci ilin noyabr ayından bu yana ən aşağı həddə kimi geriləyib.
ABŞ-da topdansatış ehtiyatları iyunda gözləniləndən çox 0.5% azalıb, topdan satış dövriyyəsinin həcmi isə 0.7% geriləyərək 643.3 milyard dollar olub.
Nyu-York FED-in hazırladığı Ev Təsərrüfatlarının Borc və Kredit Hesabatına görə, ölkədə ev təsərrüfatlarının borcu bu ilin ikinci rübündə əvvəlki rüblə müqayisədə 0.1% artaraq 17.06 trilyon dollara çatıb. Kredit kartı borcu isə bu ilin ikinci rübündə 45 milyard dollar artaraq 1.03 trilyon dollar təşkil edib və ilk dəfə olaraq 1 trilyon dolları keçib.
Qeyd edək ki, hazırda 102.50 bənd hədlərində dalğalanan DXY-da "Buğalar" qiyməti bu 103.50 bənd səviyyəsindəki psixoloji müqavimət həddinin üzərinə qaytara bilsələr, dollarda artım tendensiyası daha kəskin xarakter ala bilər. "Ayılar"ın güclü olduğu bir ssenaridə isə 100.00 bənd səviyyəsi olduqca önəmli psixoloji dəstək həddi olaraq aktuallığını qoruyur.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 09 avqust 2023

Oxşar xəbərlər

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd


iqtisadi xeberler online pul qazanmaq internetden pul qazanmaq dollar mezenne dollarin kursu bu gun