Dollarda artım tendensiyası daha kəskin xarakter ala bilər - GÜNƏ BAXIŞ
İnflyasiya və resessiya dilemmasında olan dünya iqtisadiyyatlarının gələcəyinə dair qeyri-müəyyənliklər davam edir.
ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) faiz dərəcəsinin son həddini hansı səviyyədə təyin edəcəyi ilə bağlı suallar aktuallığını qoruyarkən, ölkədə inflyasiya proqnozlarının azalması risk iştahını məhdud şəkildə də olsa dəstəklədi.
FED-in Nyu-York bölməsi tərəfindən açıqlanan İyul ayı "İstehlakçı Gözləntiləri Araşdırması"-nın nəticələrinə görə, Amerika istehlakçılarının qısamüddətli inflyasiya proqnozları 0.3% azalaraq 3.5% olub. Dördüncü ayda da enişini davam etdirən qısamüddətli inflyasiya ehtimalları 2021-ci ilin aprelindən bu yana ən aşağı səviyyəyə düşüb.
Analitiklər, sözügedən vəziyyətin təxminən 1.5 ildir davam edən sərt monetar siyasətin sonlandırılacağına dair nikbinliyin artması baxımından əhəmiyyətli olduğunu qeyd edirlər. Həftə ərzində açıqlanacaq makroiqtisadi göstəricilərlə yanaşı, pərakəndə nəhəngləri "Home Depot", "Target" və "Walmart" kimi şirkətlərin balans hesabatlarını açıqlamaları da ABŞ istehlakçılarının vəziyyəti haqqında ipucları verə bilər.
FED-in bugün açıqlanacaq son iclasının protokollarının əhəmiyyətinə diqqət çəkən analitiklər protokollardakı mümkün istiqamətlərin də qiymətlərə təsir göstərə biləcəyini bildiriblər.
Analitiklər, valyutal bazarlarında qiymətlələrin formalamasına FED-in gələn ay 90% ehtimalla uçot faizini dəyişməyəcəyinə dair proqnozlar təsir edir. Bu ilin sonuna qədər keçiriləcək digər iki iclasla bağlı qeyri-müəyyənlik isə güclü olaraq qalır.
İnvestorların ABŞ iqtisadiyyatında "yumşaq eniş" gözləntiləri ilə yanaşı resessiya ehtimallarını da nəzərdən keçirdiklərini xatırladan analitiklər, inflyasiyanın hələ də hədəflənmiş səviyyədən xeyli yuxarı olması səbəbindən istiqraz bazarlarında satış təzyiqinin davam etdiyini qeyd ediblər.
ABŞ-ın 10 illik istiqraz faizi yeni gündə ardıcıl dördüncü gün yüksəliş tendensiyasını davam etdirərkən, dünən 4.2% ilə 7 noyabrdan bəri ən yüksək gündəlik bağlanışı reallaşdırdı.
Günü 103.20 bənd səviyyəsinin üzərində başa vuran DXY-da "Buğalar" qiyməti 103.50 bənd səviyyəsindəki psixoloji müqavimət həddinin üzərinə qaytara bilsələr, dollarda artım tendensiyası daha kəskin xarakter ala bilər.
Dolların bahalaşması fonunda iyulun 6-dan bu yana ən aşağı səviyyəni (1893$) test etdikdən sonra, buradan dəstək alan qızılın bir unsiyasının qiyməti 1903$ -1906$ aralığında dalğalanır. Analitiklər yüksələn istiqraz faizlərinin qızıla investisiyanın alternativ dəyərini artırdığını və qızılın unsiya qiymətini təzyiq altında saxladığını vurğlayırlar.
Məlumat İnvestAZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Fond birjası nədir?
Ən bahalı otellər hansılardır?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Biznes plan necə yazılır?