Dollarda bahalaşma müşahidə edilir - GÜNƏ BAXIŞ
Amerikadan Bakı vaxtı ilə saat 17:30-da dərc ediləcək əmək bazarına dair önəmli fundamental göstəricilər öncəsi dollarda bahalaşma müşahidə edilir.
Qeyri-kənd təsərrüfatı sahələrində məşğulların (NFP) sayında artım proqnozunun zəif olmasına baxmayaraq, dollar indeksində yüksəlişə səbəb avronun güclü müqavimətlə rastlaşması və funt sterlinqin önəmli dəstək səviyyəsinin üzərində möhkəmlənə bilməməsidir. EUR/USD məzənnəsi üçün 1.1032, GBP/USD məzənnəsi üçün isə 1.23 $ önəmli idi.
Qrafik analizə əsasən, avro 1.0802, funt 1.2073 səviyyələrinə kimi enməkdə davam edə bilər. Qızılın bir unsiya üzrə qiyməti 1911 $-ın üzərində dəstək görməkdədir və son eniş dalğasının daha da güclənməsi fonunda dəstək səviyyəsi qırılarsa, dəyər itkisi 1900 və 1878 $-a kimi sürətlənə bilər.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb. / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Green Card nədir və onu necə əldə etmək olar?
Kriptovalyuta nədir?
Kriptovalyuta nədir və necə alınır?
IMEI kod nədir?