Dolların bahalaşması fonunda qızılda eniş tendensiyası davam edir

Dolların bahalaşması fonunda qızılda eniş tendensiyası davam edirFED-in növbəti dövr monetar siyasətinə dair qeyri-müəyyənliklər davam edərkən, ABŞ-da açıqlanan makroiqtisadi göstəricilərin FED-in monetar siyasətdə "şahini" duruşunu gözlənildiyindən daha uzun müddət saxlaya biləcəyinə dair artan ehtimallar birjalarda dollara dəstək olmaqda davam edir.
Ölkənin əsas pərakəndə satış şəbəkələrindən biri olan "Home Depot" və "Walmart"-dan bu il zəif qazanc proqnozları artan faiz dərəcələrinin ABŞ-da istehlakçıların alıcılıq qabiliyyətinə zərər verməyə başladığı ilə bağlı narahatlıqları artırdı.
ABŞ-ın 10 illik istiqrazlarının gəlirliliyi 3.96%-ə yüksələrək 2022-ci ilin noyabrından bəri qeydə alınan ən yüksək səviyyədir.
Makroiqtisadi məlumatlar tərəfində, ABŞ-da Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) yanvar ayında 47.8 bənd səviyyəsində açıqlanaraq proqnozları üstələməsinə baxmayaraq iqtisadi daralmanın davam etdiyini göstərdi.
Yanvarda ölkədə ikinci əl ev satışları da aylıq müqayisədə 0.7% azalaraq 2010-cu ildən bəri ən aşağı səviyyə düşüb.
FED-in son iclasının protokollarında pul-kredit siyasətiin gələcəyi ilə bağlı daha çox ipucları olduğu üçün analitiklər çərşənbə günü Bakı vaxtı ilə saat 23:00-da  dərc olunacaq protokollardakı siqnalların investorların diqqət mərkəzində olduğunu qeyd edirlər.
Həmçinin bu gün Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi və "İFO" Biznes Mühiti İndeksi göstəriciləri investorlar tərəfindən maraqla gözlənilir.
Hazırda 103.80 bənd hədlərində qərarlaşan dollar indeksində "Buğalar" DXY-ın qiymətini 103.50 bənd həddinin üzərinə saxlaya bilsələr, artım tendensiyası 105.00 bənd hədlərinə kimi davam edə bilər. Nəticədə EUR/USD, GBP/USD məzənnələrində eniş tendensiyası daha kəskin xarakter ala bilər.
Dolların bahalaşması fonunda qızılda eniş tendensiyası davam edir. Hazırda 1838$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə qiyməti 1820$ və 1800$-a kimi ucuzlaşa bilər.
Təhlil "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 22 fevral 2023

Oxşar xəbərlər

Şəkər ixracı 4 dəfədən çox artıb

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycandan 57 min 869,17 ton şəkər ixrac edilib. 2025-ci ilin eyni dövründə bu göstərici 13 min 667,64 ton təşkil etmişdi. Beləliklə, şəkər ixracının həcmi illik müqayisədə 44 min 201,5

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  InvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAz İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 11–15 may 2026-cı il tarixləri qlobal maliyyə bazarları üçün həm makroiqtisad

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Sement ixracı azalıb

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycandan 220 min 57,54 ton sement (hazır və ya klinker formasında) ixrac edilib. 2025-ci ilin eyni dövründə bu göstərici 262 min 21,59 ton təşkil etmişdi. Beləliklə, sement ixracını

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı


iqtisadi xeberler iqtisadiyyat xeberleri bitkoin qiymeti biznes krediti kripto