"Dörd dəfə baha qiymətə şüşə vurdururlar" - "SƏDƏRƏK"DƏKİ SAHİBKARLAR

"Sədərək Ticarət Mərkəzinin rəhbərliyi bazarda bütün sahibkarları mağazalarının qarşısına şüşə vurdurmağa məcbur edir. Deyirlər ki, bu şüşələr yanan maddələri azaltmaq məqsədi daşıyır. Hər sahibkardan obyektin kvadrat metrinə görə təxminən 200 manat pul istəyirlər ki, bu da şüşənin bazar qiymətindən təxminən 4 dəfə bahadır". 
FED.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "Sədərək"də ticarətlə məşğul olan bir qrup sahibkar müraciət edib.
Onların sözlərinə görə, bu qərar sahibkarların etirazlarına səbəb olub: "İmkan vermirlər ki, hər kəs özü şüşəni obyektinə vurdursun. Kvadrat metri 200 manatdan hesablayanda bu hər sahibkara 3600 – 4000 manata başa gəlir. Halbuki sahibkar özü bunu 900-1000 manata, hətta bundan daha aşağı qiymətə hazırlatdıra bilər. Bazar rəhbərliyinin bu tələbi bazarda inhisarçılıq deməkdir. Biz buna etiraz edirik".
Problemlə bağlı "Sədərək" Ticarət Mərkəzi ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Kəmaləddin Qərib saytımıza bildirdi ki, onlara sözügedən məsələ ilə bağlı hər hansı narazılıq daxil olmayıb: "Ticarət Mərkəzi abadlaşır, müasirləşir, ona görə obyektlərin qarşısına şüşələr vurulur. "Sədərək"də baş nəzarətçilər var, onlar əksər zonalarda obyektlərə şüşələr qoyublar, heç bir narazılıq olmayıb. Kim narazıdırsa, qoy gəlsin icraçı direktora bildirsin, biz problem həll edək. Burada bütün sahibkarlara münbit şərait yaradılıb. Belə bir narazılıq yoxdur. Obyektlərə elə sahibkarların özlərinin təşəbbüsü ilə şüşə vurulub. Əvvəl çadırlar var idi, onlar sökülüb. Mağazaların araları genişlənib ki, yanğın olanda içərisinə girib-çıxanda problem yaranmasın".

Biznes     Tarix: 20 sentyabr 2022

Oxşar xəbərlər

Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR

"A-Z Smart Meters" MMC (VÖEN: 1906782361) nizamnamə kapitalını artırır. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını

Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstanda 418 Azərbaycan investisiyalı şirkət qeydiyyata alınıb. xəbər verir ki, bu barədə Gürcüstanın "BusinessPress" nəşri yazıb. Gürcüstanın Milli Statistika İdarəsinin məlumatın

Azərbaycanda 116 milyonluq şirkətdən – SƏRMAYƏ GÖTÜRÜLÜR

"Mars Overseas Baku LTD" MMC (VÖEN: 99006521) nizamnamə kapitalını azaldır. Böyük Britaniya şirkəti Azərbaycan bazarını – TƏRK EDİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, nizamnamə kapitalı 116 milyo

Azərbaycan şirkətinin təsisçisi – 40%-LİK PAYINI GERİ GÖTÜRÜR

"Amen" MMC-nin (VÖEN: 6404786371) təsisçilərindən biri şirkətdən ayrılıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin 100 manatlı

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

Azərbaycan Asiya-Sakit okean Pərakəndəçilər Assosiasiyaları Federasiyasına – ÜZV OLDU - FOTOLAR

Azərbaycan "Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyi (TŞİİB) vasitəsilə Asiya-Sakit okean Pərakəndəçilər Assosiasiyaları Federasiyasına (FAPRA) üzv qəbul edilib. . biznes və maliyyə xəbərləri portalı xəbə

Emin Ağalarov Bakıda ilk kazinonun açılacağı tarixi açıqladı

"Bakıda ilk "Royale Casino" 2027-ci ilin mayında açılacaq". Bakıdakı kazinoya bəzi şəxslər buraxılmayacaq - EMİN AĞALAROV AÇIQLADI. xəbər verir ki, bu barədə "Sea Breeze" layihəsinin sahibi v

Azərbaycanın "ONYX" şirkəti Koreya texnologiya bazarına birbaşa kanal açır – ŞİRKƏT "GLOBAL BUYER" STATUSU İLƏ TƏMSİL OLUNUB

Korporativ İT infrastrukturu üzrə ixtisaslaşan ONYX MMC Cənubi Koreyada keçirilən World Smart City Expo 2026-da Azərbaycanı "Global Buyer" statusunda təmsil edib və Koreya istehsalçıları ilə birbaşa tədarük danışıqların

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək

Oktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək. xəbə


iqtisadi xeberler bitkoin almaq kripto biznes xeberleri bitkoin qiymeti