Dövlət dəstəyi ilə 10-a yaxın sahibkar "Caspian Agro" və "InterFood Azerbaijan" sərgilərində
Bakı Ekspo Mərkəzində 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı ("Caspian Agro") və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi ("İnterFood Azerbaijan") sərgiləri keçirilir.
FED.az xəbər verir ki, bu il də Kiçik və Orta biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə mikro və kiçik sahibkarlar ödənişsiz olaraq sərgidə məhsul və xidmətlərini təqdim edirlər. KOBİA-nın təmin etdiyi dövlət dəstəyi hesabına yaradılmış xüsusi stenddə 10-a yaxın mikro və kiçik sahibkarlıq subyekti tərəfindən müxtəlif konservlər, siroplar, şirniyyatlar, təbii sirkə, kərə yağı, şərab, bal, toxum və gübrə, suvarma sistemləri və digər yerli məhsullar nümayiş olunur. Həmçinin stenddə KOB subyektlərinə satış imkanlarını genişləndirmək və yeni biznes əlaqələri qurması üçün müxtəlif işgüzar görüşlərin keçirilməsi məqsədilə imkan yaradılıb.
KOBİA-nın stendində məhsul və xidmətlərini təqdim edən KOB subyektlərinin əksəriyyəti ilk dəfədir ki, "Caspian Agro" və "InterFood Azerbaijan" kimi ixtisaslaşmış sərgilərdə iştirak edirlər. Sərgilərdə iştirak KOB-lara brendlərini tanıtmağa, satış imkanlarını genişləndirməyə, müştəri və təchizatçılarla əlaqələr qurmağa imkan verir. 2018-ci ildən etibarən 1500-dən çox mikro, kiçik və orta sahibkarlıq subyektinin, startapın müxtəlif ixtisaslaşmış yerli və xarici sərgilərdə, yarmarkalarda iştirakına KOBİA tərəfindən dəstək göstərilib. Agentlik "Caspian Agro" və "İnterFood Azerbaijan" sərgilərinə dəstək göstərən qurumlar sırasındadır.
Qeyd edək ki, "Caspian Agro" və "İnterFood Azerbaijan" sərgiləri 16 may tarixinədək davam edəcək. Sərgilərdə ümumilikdə bitkiçilik, heyvandarlıq, quşçuluq və balıqçılıq məhsulları, qənnadı məmulatları, meyvə-tərəvəz, şirələr, çay, süd və süd məhsulları, kənd təsərrüfatı və qida sənayesi üzrə avadanlıqlar, eləcə də müvafiq sektorlar üzrə xidmətlər və s. təqdim edilir.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Biznes təlimlər və tədris üsulları
Ev şəraitində pul qazanmağın yolları
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Dünyada ən çox oxunan 5 kitab