Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib - NƏTİCƏ
26 iyul 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106017947 ISIN-li, 40 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Birjanın yaydığı məlumata görə, hərrac zamanı 17 investor tərəfindən qiymət intervalı 93.7782 (7.5%) və 99.5625 (5.30%) manat olan 31 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 97.7422 (5.9751%) manat, orta ölçülmüş qiyməti 98.0049 (5.8767%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 131 milyon 462 min 300 manat, yerləşdirilmiş həcmi isə 40 milyon manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 24 iyun 2025-ci il.
Hərrac iştirakçıları 27 iyul 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
İnstaqramda biznes qurmağın yolları
Biznes plan necə yazılır?
ZARA-nın uğur hekayəsi
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Bitcoin necə işləyir?