Dövlət mülkiyyətinə qaytarılan yataqlar HƏRRACA ÇIXARILDI
Qazaxıstanda qızıl, kömür, dəmir, neft və mis yataqları dövlət mülkiyyətinə qaytarılaraq yeni investorlara verilməsi üçün hərraca çıxarılıb.
KONKRET.azyerli KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə hökumətinin mətbuat xidməti məlumat yayıb.
"Hökumət şərtlərini pozan yer təkindən istifadəçilərin müqavilə və lisenziyalarına yenidən baxılması üzərində işləyir. Belə ki, təhlillərin nəticələrinə əsasən səlahiyyətli orqanlar tərəfindən 118 müqavilə (2023-cü ilin əvvəlindən – 19 müqavilə), bərk faydalı qazıntılar üzrə 245 lisenziya (2023-cü ilin əvvəlindən – 42 lisenziya), o cümlədən karbohidrogen xammalı üzrə 27 müqavilə (2023-cü ilin əvvəlindən – 15 lisenziya) ləğv edilib", – press-relizdə deyilir.
Nəticədə qızıl, kömür, dəmir, mis, karbohidrogenlər, boksit, polimetal yataqları dövlət fonduna qaytarılıb və sonradan yeni investorlara verilməsi üçün açıq hərraca çıxarılıb. Bu da yer təkindən istifadə sahəsinə əlavə investisiya axınını təmin edir.
"2023-cü ildə keçirilən hərracların nəticələrinə əsasən, artıq ölkə büdcəsinə 1,5 milyard tenge ödənilib. Eyni zamanda, karbohidrogen xammalının geoloji kəşfiyyatına yeni investisiyalar 15,7 milyard tengedən çox olacaq", – deyə məlumatda bildirilib.
Eyni zamanda, səlahiyyətli orqanlar tərəfindən maliyyə öhdəliklərini pozan yer təkinin istifadəçilərinə qarşı cərimələrin tətbiqi üzərində iş aparıldığı qeyd edilir.
Belə ki, bərk faydalı qazıntılara görə dövlət gəlirinə 934 milyon tenge (2023-cü ilin əvvəlindən 603 milyon tenge) məbləğində cərimə yığılıb, o cümlədən karbohidrogen xammalı sahəsində 9 müqavilə üzrə 1,94 milyard tenge borc ödənilib.
Qeyd edək ki, hazırkı məzənnə 443,66 tenge – 1 dollar təşkil edir.
İqbal Rzayev,
KONKRET.az

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Start-up nədir?
Biznesə aid ən yaxşı 10 kitab
SMM nədir?