Dövlət qurumu xanım fiziki şəxsdən 185,4 min manata bina icarəyə götürdü - DETALLAR

Dövlət qurumu xanım fiziki şəxsdən 185,4 min manata bina icarəyə götürdü - DETALLAR"Dövlət Sosial Müdafiə Fondu" Publik Hüquqi Şəxsi tərəfindən Fondun Regionlarla İş üzrə Mərkəzi Filialı üçün inzibati bina sahəsinin icarəsi xidmətinin satınalınması üzrə elan edilmiş tenderin nəticəsi açıqlanıb.
Agentlik 5,2 milyon manata xanım fiziki şəxsdən bina icarəyə götürdü
FED.az xəbər verir ki, tenderin qalibi Qaze Həsən qızı Həsənova olub. Müqavilənin dəyəri 185 min 400 manat təşkil edir. Ehtimal olunan qiymət isə 201 min 344 manat idi.
Tələblər: İcarə haqqına vergi, rüsumlar və komunal ödənişlər daxil olmalı, iddiaçı tərəfindən təqdim edilmiş güzəştlər barədə məlumatlar təqdim edilməlidir. Qiymət minimum 1000 m² sahəyə görə nəzərdə tutulmalıdır. İddiaçılar müəyyən edilmiş sahəyə uyğun olaraq qiymət təklifi verməlidirlər. İddiaçılar müəyyən edilmiş sahədən artıq təklif edilən sahələr barədə məlumat verə bilərlər. İnzibati binanın sahəsi "Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar"ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 6 aprel tarixli 101 nömrəli qərarına (https://e-qanun.az/framework/29860) uyğun olaraq ZONA-3 ərazisində yerləşməli. İcarə müddəti 12 ay üçün nəzərdə tutulmuşdur. Təklif edilən icarə sahəsi tam təmirli iş otaqları, avadanlıqla tam təmin olunmuş sanitar qovşaqları, liftə, daimi işıqlandırma, isti və soyuq su, mərkəzi isitmə və soyutma, havalandırma, ümumi şəbəkə, telefon və kamera xətlərinə, tam və işlək vəziyyətdə olan yanğın əleyhinə siqnalizasiya sisteminə, yanğınsöndürmə şitləri və balonlarına təhlükəsiz və rahat giriş-çıxışa malik olmalıdır; İcarə sahəsinin Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş çıxarışın və ya əmlakın mülkiyyətçiyə məxsusluğunu təsdiq edə bilən hüquqi qüvvəyə sənədə malik olmalıdır.
Qeyd edək ki, Qaze Həsənova Dövlət Sosial Müdafiə Fondunun daimi tərəfdaşlarından biridir. Fiziki şəxs indiyədək Fondun 7 tenderinin qalibi olub. Tərəflər arasında ofis icarəsi üzrə imzalanan müqavilələrin ümumi dəyəri 8 milyon 173 min 347 manat təşkil edir.
Həmin şəxsin qalib gəldiyi digər tenderlər və məbləğlər aşağıdakı kimidir:
Fondun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəsi – 3 milyon 481 min 812 manat (25.08.2023).
Fondun Maddi - Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəsi – 1 milyon 668 min 600 manat (25.08.2023).
Prezident təqaüdü və kompensasiya işlərinin inventarlaşdırılması və arxivləşdirilməsi üçün ofisin icarəsi – 993 min 600 manat (16.11.2020).
Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəsi – 870 min 585 manat (25.01.2023).
Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi filialı üçün ofis sahəsinin icarəsi – 556 min 200 manat (10.03.2021).
Fondun Maddi - Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəsi – 417 min 150 manat (25.01.2023).

Biznes     Tarix: 03 yanvar 2026

Oxşar xəbərlər

Pampers 23 milyard dollar qazanıb

ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Azərbaycanda yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılacaq. xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsində əks olunub. İndiyədək, anca

Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır

Avropa İttifaqı (Aİ) şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş qiymətləndirir. xəbər verir ki, bunu Bakıda keçirilən Aİ-Azərbaycan Biznes Forumunun 2024–2026-cı illər üzrə qrup rəhbəri Aytən Axundov

Azərbaycanda 116 milyonluq şirkətdən – SƏRMAYƏ GÖTÜRÜLÜR

"Mars Overseas Baku LTD" MMC (VÖEN: 99006521) nizamnamə kapitalını azaldır. Böyük Britaniya şirkəti Azərbaycan bazarını – TƏRK EDİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, nizamnamə kapitalı 116 milyo

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

Azərbaycanda sahibkar 13 milyonlu şirkətini – 280 MİLYONLUQ ŞİRKƏTİNƏ BİRLƏŞDİRDİ

"Beverage Services" MMC (VÖEN: 1306760391) fəaliyyətinə xitam verilərək "Milla Dairy" MMC-yə (VÖEN: 1300995031) qoşulub. BƏƏ şirkəti Azərbaycan bazarından – GEDİR. biznes və maliyyə xəbərləri portalı xəbə

Emin Ağalarov Bakıda ilk kazinonun açılacağı tarixi açıqladı

"Bakıda ilk "Royale Casino" 2027-ci ilin mayında açılacaq". Bakıdakı kazinoya bəzi şəxslər buraxılmayacaq - EMİN AĞALAROV AÇIQLADI. xəbər verir ki, bu barədə "Sea Breeze" layihəsinin sahibi v

Vüqar Bayramov: "İqtisadiyyat azsaylı böyük bizneslər üzərində qurulmamalıdır"

Azərbaycan iqtisadiyyatı azsaylı böyük bizneslər üzərində qurulmamalıdır. Kiçik sahibkarlara 5 illik vergi güzəşti 10 min vergi ödəyicisini əhatə edəcək. xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisad


iqtisadi xeberler valyuta xeberleri en son xeberler valyuta kurslari pul qazanmaq