Dövlət Vergi Xidməti və DSMF-nin məlumatı arasında uyğunsuzluq aşkar edilib
Hesablama Palatası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) təqdim etdiyi məlumatların təhlili zamanı 2023-cü il üzrə müvafiq gəlir göstəriciləri arasındakı uyğunsuzluqların olduğunu müəyyən edib.
Bu barədə Hesablama Palatasının Fondun 2025-ci il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.
Belə ki, Dövlət Vergi Xidməti ötən il məcburi dövlət sosial sığorta haqlarının 5 milyard 197,7 milyon manat təşkil etdiyini bəyan etsə də, DSMF bu rəqəmin 5 milyard 194,6 milyon manat olduğunu bəyan edib.
Bundan başqa, Dövlət Vergi Xidməti il ərzində hesablanmış faiz və maliyyə sanksiyasının 19,5 milyon manat, sanatoriya-kurort yollayışlarının dəyərinin isə 2,2 milyon manat olduğunu bəyan etdiyi halda, DSMF bu göstəricilərin müvafiq olaraq 6,2 milyon manat və 2,1 milyon manat təşkil etdiyini açıqlayıb.
"Məlumatlar arasında fərqin 80,6 %-i hesablanmış faiz və maliyyə sanksiyaları üzrədir. Bu, əsasən hesabatlılıqla bağlı fərqli yanaşmaların tətbiqindən irəli gəlir ki, bu da, Fondun verdiyi məlumata görə, cari ildə hüquqi aktlarda təkmilləşmə edilməsi ilə fondlararası müxabirləşdirmələrin aparılmasının normativ sənəd tələbi baxımından aradan qaldırılıb. Son illər üzrə toplanmış məlumatlar yaranmış fərqin əvvəlki dövrlərin müvafiq göstəriciləri ilə müqayisədə artan yekunla davam etdiyini göstərir", - deyə Rəydə qeyd olunub. / marja.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
McDonalds haqqında maraqlı faktlar
Kriptovalyuta nədir və necə alınır?
Bitcoin nədir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Kriptovalyuta nədir?