Dövlət Vergi Xidmətində yeni rəqəmsal xidmətlərlə bağlı dəyirmi masa təşkil edilib

Dövlət Vergi Xidmətində yeni rəqəmsal xidmətlərlə bağlı dəyirmi masa təşkil edilibİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində konsaltinq şirkətləri və müstəqil ekspertlərin iştirakı ilə Dəyirmi Masa keçirilib. Görüşün əsas məqsədi Dövlət Vergi Xidməti tərəfindən hazırlanmış bir sıra yeni rəqəmsal xidmətlərlə bağlı məlumatlandırmanın aparılması olub.
Dəyirmi Masada çıxış edən DVX-nin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov bildirib ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın tərkibində fəaliyyət göstərən "Biznesə daxilolma" və "Vergi və hesabatlılıq" işçi qruplarında özəl sektorun inkişafına əlverişli imkan yaradan qaydaların və təcrübələrin tətbiqi ilə əlaqədar layihələr geniş müzakirə olunur. Aparılan işlər çərçivəsində vergitutma qaydalarının keyfiyyətinin artırılması, asan və effektiv xidmət infrastrukturunun qurulması, eləcə də vergi qanunvericliyinin müddəalarının aydınlığının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Qeyd olunub ki, Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "Vergitutma" və "Biznesə daxilolma" indikatorları üzrə həyata keçirilən yol xəritələri çərçivəsində irəli sürülmüş təkliflər əsasında DVX tərəfindən bir sıra yeni rəqəmsal xidmətlər hazırlanıb.
DVX-nin Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinin rəis müavini Hüsniyyə Abdullayeva "Xarici investisiyalı MMC-nin elektron qeydiyyatı" və "Yerli və xarici investisiyalı MMC-nin qeydiyyat məlumatlarının elektron dəyişikliyi" barədə layihələrlə bağlı təqdimat edib. Görüş iştirakçılarına xarici investisiyalı MMC-lərin elektron qeydiyyatı, həmçinin yerli və xarici investisiyalı MMC-lərin elektron məlumat dəyişikliyi ilə bağlı layihə barədə məlumat verilib. Bildirilib ki, tezliklə vergi ödəyiciləri MMC-nin adı, hüquqi ünvanı, Müşahidə Şurasının tərkibi, qanuni təmsilçisi, təsisçiləri, nizamnamə kapitalı və s. kimi məlumatları elektron şəkildə dəyişə biləcəklər.
DVX-nin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin şöbə rəisi Emil Həsənov "Qeyri-rezidentlərin elektron xidmətlər üzrə ƏDV qeydiyyatı" xidməti barədə təqdimatla çıxış edib. Görüş iştirakçılarına rəqəmsal xidmətlərin vergiyə cəlb olunması üzrə görülmüş işlər, ƏDV Portalının (https://ecommerce.e-taxes.gov.az) mahiyyəti və qeyri-rezidentlərin bu portalda qeydiyyat prosesi barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, artıq DVX tərəfindən "Apple Distribution International Limited" şirkəti ƏDV məqsədləri üçün elektron qaydada vergi uçotuna alınıb.
DVX-nin Vergi ödəyicilərinə xidmət baş idarəsinin əməkdaşı Turan Əlizadə "Vergi ödəyicisinin digər vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına çıxış əldə etməsi" layihəsi barədə təqdimat edib. Bildirib ki, layihənin reallaşdırılması nəticəsində kontragentlərlə işin risklərinin qiymətləndirilməsi, vergi ödəyiciləri arasında müqavilələrin bağlanılması mərhələsində bir-biri haqqında DVX-nin müvafiq bazasında olan məlumatların əldə edilməsi üçün imkan yaranacaq, ödəyicilərin şəffaf və qanunvericilik çərçivəsində fəaliyyət göstərmələri təşviq olunacaq. Layihə hazırda yekunlaşma mərhələsindədir və tezliklə vergi ödəyicilərinin istifadəsinə veriləcək.
Dəyirmi Masada  "Caspian Energy Club", "BM Morrison Partners", "Ekvita", "Dentons Europe (Central Asia) Limited, "Veysəloğlu Şirkətlər Qrupu"nun nümayəndələri, həmçinin müstəqil ekspertlər iştirak ediblər. Konsaltinq şirkətlərinin və ekspertlərin sualları cavablandırılıb, onları maraqlandıran məsələlər barədə məlumat verilib. / marja.az

Maliyyə     Tarix: 03 dekabr 2024

Oxşar xəbərlər

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət


iqtisadi xeberler en son xeberler birbank online pul qazanmaq bitkoin