DSMF və İSF-nin sərbəst vəsaitlərinin investisiyaya yönəldilməsindən əldə olunan gəlirlər mənfəət vergisindən azad ediləcək
Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun sərbəst vəsaitlərinin investisiyaya yönəldilməsindən əldə olunan gəlirlər mənfəət vergisindən azad ediləcək.
Bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihədə investisiya fəaliyyətindən əldə etdiyi gəlirlərinin sosial xərclərinin maliyyələşdirilməsinə yönəldiyi nəzərə alınaraq, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Məşğulluq Agentliyi publik hüquqi şəxslərin sosial müdafiə və sosial təminat xərclərinin, habelə sosial islahatların və sosial infrastrukturun maliyyələşdirilməsinə yönəldilən investisiya fəaliyyətindən əldə olunan gəlirlərinin mənfəət vergisindən azad edilməsi təklif edilir.
Qeyd edək ki, dövlət başçısının 2023-cü il 17 aprel tarixli 2105 nömrəli Fərmanı ilə "Dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi Qaydası" və 2107 nömrəli Fərmanı "İşsizlikdən sığorta fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi Qaydası" təsdiq edilib.
© APA / marja.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
McDonalds haqqında maraqlı faktlar
Kriptovalyuta nədir və necə alınır?
Bitcoin nədir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Kriptovalyuta nədir?