Dünya Bankı qlobal böhranın qarşısını almaq üçün sanksiyaları yumşaltmağı tövsiyə edib
Dünya Bankı qlobal böhranın qarşısını almaq üçün sanksiyaları yumşaltmağı tövsiyə edir.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Dünya Bankının prezidenti Devid Malpas İndoneziyada G20 ölkələrinin maliyyə departamentləri və mərkəzi banklarının rəhbərlərinin görüşündə deyib.
Onun sözlərinə görə, Bankın ekspertləri hesab edirlər ki, dünyada iqtisadi riskləri azaltmaq üçün hər yerdə idxal və ixrac məhdudiyyətləri yumşaldılmalı, ərzaq və enerji təchizatı artırılmalıdır.
Devid Malpasın sözlərinə görə, hazırda dünyada humanitar və iqtisadi fəlakət baş verir. "Bir çox ölkədə tənəzzül ehtimalı var", - Malpas deyib.
O, bir çox inkişaf etməkdə olan ölkələrdə "inflyasiya, valyutanın dəyərdən düşməsi, borclara xidmət xərclərinin artması, həmçinin beynəlxalq ehtiyatların kəskin azalması" riskinin olduğuna diqqət çəkib. "Təbii qazın Avropaya yönləndirilməsi inkişaf etməkdə olan ölkələrdə elektrik enerjisi, qida və gübrə istehsalına ciddi maneədir", - Bank rəhbəri bildirib.
"Bizim ərzaq, gübrə və enerji təchizatında böyük artıma ehtiyacımız var. Bu, gübrə istehsalında və enerji şəbəkəsində əsas rol oynayan təbii qazın istehsalını artırmaq üçün aydın addımları əhatə edir", - Malpas bildirib.
"Dünya ölkələri ixraca, idxala və qeyri-məqsədli subsidiyalara qoyulan məhdudiyyətləri yumşaltmalı və aradan qaldırmalıdır", - o, fikirlərini yekunlaşdırıb.

Mərkəzi Bank BOKT-ların öhdəliklərinin kapitala nisbətini 3 hədd üzrə müəyyən edib
BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək
"MJ Finance" BOKT böyüyüb - aktivləri 50%-ə yaxın artıb
BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır
Bankın müştərilərinin şəxsi məlumatları oğurlanıb
Azərbaycan şirkətləri 3 ildə Gürcüstana – 450 MİLYON DOLLAR YATIRIB
SMM nədir?
Dünyanın əh bahalı brendləri - TOP-10
"iPhone 15" modelinin üstünlükləri
ZARA-nın uğur hekayəsi
Ev şəraitində pul qazanmağın yolları