Dünya İqtisadi Forumu: "İşlərin gələcəyi" (2025-30) necə olacaq?

Dünya İqtisadi Forumu: Hesabat barədə
Dünya İqtisadi Forumu 8 Yanvar 2025-ci il tarixində 2025-2030-cu illərdə əmək bazarında gözlənilən mümkün dəyişikliklərə dair "İşlərin gələcəyi" proqnoz hesabatını təqdim etdi. Hesabatda texnoloji inkişaf, iqtisadi müəyyənsizliklər, yaşıl transformasiya, demoqrafiik dəyişikliklər və geosiyasi bölünmələrə dair faktorların əmək bazarına ən çox təsir edəcək meyarlar olaraq qeyd edilmişdir. Əldə edilən nəticələr, 55 ölkəni və 22 müxətlif sektoru təmsil edən 1000-ə qədər qlobal işəgötürənin 14 milyon əməkdaşından toplanan məlumatlar əsasında formalaşdırılmışdır. 
Hesabatdan əldə olunan əsas nəticələr
Makro trend: Hazırda əmək bazarlarını əsasən rəqəmsal transformasiya, süni intellekt və avtomatlaşdırma istiqamətləri formaşdırmaqdadır. İqtisadi müəyyənsizliklər, qiymətlərin ümumi artımı və yaşıl transformasiya müəyyən çağırışlar gətirsə də, fürsətlər də yaradır. Həmçinin, əhalinin qocalması və geosiyasi bölünmələr də bunların az və çoxluğundan asılı olaraq həmin ölkələrdə əmək bazarını formalaşdıran digər tendensiyalardır.
Əmək bazarı üzrə dinamika: 2030-u ilə qədər rəqəmsal transoformasiya və avtomatlaşdırılma nəticəsində 92 milyon iş yerinin itiriləcəyi gözlənilirsə, 170 milyon yeni iş yerlərinin yaradılması proqnoz edilir. Bu da, iş yerlərinin artımında 78 milyon (7%) xalis artımın olacağını göstərir.
Artım və azalma göstərən peşə sahələri: "Big Data", "AI" və bərpaolunan eneji üzrə mütəxəssislərə olan tələb artarkən, inzabi (təkrarlanan, sadə texnologiya ilə icra edilə bilən) işlərə olan tələb azalmaqda davam edəcək.
Bacarıqlara tələb: İşəgötürənlərin 63 faizi bacarıqların iş yerində ən əhəmiyyətli meyarlar olduğunu vurğulayır və ən çox analitik düşünmə, yaradıcılıq, stressə davamlılığın mühüm əhəmiyyət kəsb etdiyini vurğulayırlar.
Texnoloji çağırışlar: Robotlaşdırma və avtomatlaşdırma sürətlə tətbiq edilsə də, inkişaf etmiş və inkişafda olan ölkələrdə tətbiqin səviyyəsi çox fərqlənir.
Çağırışlara necə hazır olmalı?
Bacarıqların möhkəmləndirilməsi və yeni bacarıqların öyrənilməsi: Hökumətlər və digər aidiyyəti qurumlar bacarıqlar üzrə çatışmazlıqları aradan qaldırmaq və iqtisadi fəal əhalinin (işçi qüvvəsinin) çevikliyini artımaq üçün müxtəlif təlim proqramlarını tətbiq etməlidirlər.
Süni İntellekt bir alət kimi: Hər kəsə ədalətli iqtisadi faydanın təmin edilə bilməsi üçün insan və maşın əməkdaşlığı formalaşdırılmalıdır, nəinki, insanın gözardı edilməsi və proseslərin yalnız avtomatlaşdırma əsaslı aparılması.
İnklüziv inkişaf: Demoqrafik çağırışlar fonunda hər kəsə bərabər iş imkanları tanınmalı, bu mənada qadınlara və gənclərə xüsusi yanaşılmalıdır.
Əsas mesaj
Hesabat ümumilikdə gələcək iş yerlərinə dair fürsət və təhlükələri təsvir edir. Bir tərəfdən yeni iş yerlərinin yaradılması planlaşdırılırsa, digər tərəfdən itkilərin olacağı vurğulanır. Belə bir kompleks ekosistemdə əmək bazarının dayanıqlı və gələcəyə hazır formada olması üçün hökumətlərin, özəl sektor və təhsil institutlarının birgə və davamlı faəliyyətinin ən vacib meyar olduğu qeyd olunur.
Hesabatla ətraflı tanış olmaq üçün aşağıdakı linkə keçid edə bilərsiniz:
Müəllif: Orxan Məmmədli / banker.az

Maraqlı     Tarix: 10 yanvar 2025

Oxşar xəbərlər

Apple-dan tarixi təqdimat: İlk qatlanan iPhone Duo, iPhone 18 Pro, yeni Watch və AirPods modelləri təqdim edildi

Apple sentyabrın 9-da Kaliforniyanın Kupertino şəhərində yerləşən Apple Park-da "Surprise and shine" adlı illik məhsul təqdimatını keçirib. Tədbir həm şirkətin tarixində ilk qatlanan iPhone-un nümayişi, həm də sentyabrı

Networking Azerbaijan ilə biznesdə yeni dövr başlayır

Networking Azerbaijan ilə biznes əlaqələrində ölkədə yeni dövr başlayır - "THE NET LOUNGE" layihəsi təqdim edildi. 13 avqust 2026-cı il tarixində Networking Azerbaijan platforması tərəfindən Azərbaycanda bizne

Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama

"Nvidia"nın baş direktoru Censen Huanq verdiyi müsahibədə 2030-cu ildə dünyanın sonunun gəlmə ehtimalının sıfır faiz olduğunu bildirib. "Nvidia Corp."un baş direktoru Censen Huanq süni intellektin bəşəriyyə

Apple yeni iPhone-ların qiymətlərini açıqladı — 100 dollar bahalaşıb

Apple-ın ilk qatlanan iPhone-nun ekran ölçüləri açıqlandı — Ən böyük iPhone ekranıdır. Apple ilk qatlanan smartfonu iPhone Duo-nun bəzi əsas texniki xüsusiyyətlərini açıqlayıb. Yeni iPhone qapalı vəziyyətdə 5,4 düymlük xaric

İqtisadi modellər niyə artıq işləmir?

Gələn ay 90 yaşı tamam olacaq nüfuzlu iqtisadçıdan nə öyrənmək olar?. Bu gün mərkəzi banklar tətbiq etdikləri tədbirlərin nə dərəcədə effektiv olduğunu anlamağa çalışarkən qaçılmaz sual ortaya çıxır: uğursuzluqların səbəb

Etimad böhranı və 40 trilyon dollarlıq borc: dünya iqtisadiyyatı niyə ABŞ-dən uzaqlaşır?

Amerikanın qlobal iqtisadi sabitliyin dayağı kimi mövqeyi əvvəlki qədər möhkəm görünmür. Tramp administrasiyası artan dövlət borcu ilə üzləşir və sanksiyalardan xarici siyasət aləti kimi daha fəal istifadə edir. Müəllif

Microsoft-dan güclü süni intellekt noutbuku: 2 599 dollara satışa çıxır

"Microsoft" şirkəti "Nvidia"nın süni intellekt imkanlarına malik yeni çipi ilə təchiz edilmiş "Surface Laptop Ultra" modelini təqdim edib. Yeni noutbukun ABŞ-da başlanğıc qiyməti 2 599,99 dolla

Süni intellekt qlobal kapital dövriyyəsini necə işə saldı: 2008-ci il böhranı təkrarlana bilərmi?

Dairəvi maliyyələşdirmə modeli süni intellekt bumunu sürətləndirir, eyni zamanda dünya iqtisadiyyatındakı disbalansları dərinləşdirir. Bu mənzərə qlobal maliyyə böhranı ərəfəsindəki vəziyyəti xatırladır. . Müəlliflər: Şo

Süni intellekt bizi zənginləşdirəcək, yoxsa sadəcə şirkətləri?

Təsəvvür edin, ölkənin ÜDM-i artır, şirkətlər rekord mənfəət açıqlayır, amma sizin maaşınız demək olar ki, dəyişmir. Süni intellekt iqtisadiyyatı daha məhsuldar edə bilər. Amma məhsuldarlığın artması avtomatik olaraq insanları


iqtisadi xeberler en son xeberler bitkoin qiymeti dollar kursu pul qazanmaq