Dünya liderləri İlham Əliyevi təbrik edirlər - YENİLƏNİB

Dünya liderləri İlham Əliyevi təbrik edirlər - YENİLƏNİBKüveyt Dövlətinin Vəliəhdi Məşəl əl-Əhməd əl-Cabir əl-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
KONKRET.azxəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri!
Sizi səmimiyyətlə salamlayıram. Dost Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluğumu bildirirəm.
Bu gözəl bayram münasibətlə Sizə uzun ömür, xoşbəxtlik, uğurlar, ölkənizə və dost Azərbaycan xalqına davamlı inkişaf və rifah arzulayıram".
***
17:07
Estoniya Respublikasının Prezidenti Alar Karis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 
KONKRET.az xəbər verir ki, məktubda deyilir:
"Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.
Bu təbrik məktubunda xalqlarımızın dostluğuna, Estoniya ilə Azərbaycan arasındakı əməkdaşlığın gələcək illərdə də uğurla inkişaf edəcəyinə əminliyimi bildirirəm.
Həmfikir ölkələr arasında əməkdaşlıq xüsusilə Rusiya-Ukrayna müharibəsi və onun bütün dünyaya təsirinin davam etdiyi bir vaxtda son dərəcə əhəmiyyətlidir. Bilirik ki, ölkələrimizin Ukraynaya bu müharibədə qalib gəlməyə kömək etməkdən başqa yolu yoxdur. Müharibələrə son qoyulması, ədalətin və məsuliyyətin təmin olunması istiqamətində işimizi davam etdirməyimiz çox vacibdir. Biz, həmçinin ümid edirik ki, Azərbaycan və Ermənistan arasında bütün Cənubi Qafqaz regionunda sabitliyə, firavanlığa müsbət və uzunmüddətli təsir göstərəcək qarşılıqlı faydalı sülh sazişi imzalanacaqdır.
Həmçinin fürsətdən istifadə edərək, Estoniya Respublikasının Müstəqillik Günü münasibətilə təbrikinizə və xoş arzularınıza görə Sizə səmimi-qəlbdən təşəkkürümü bildirirəm. Ümidvaram ki, ölkələrimiz arasındakı səmimi dostluq münasibətləri bundan sonra da dövlətlərimizə və xalqlarımıza xidmət edəcəkdir.
Hörmətli həmkarım, ən yüksək ehtiramımı, həmçinin Azərbaycanın və onun xalqının rifahı, firavanlığı naminə ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm".
17:06
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
KONKRET.azxəbər verir ki, təbrikdə deyilir:
"Möhtərəm cənab Prezident!
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluq hissi duyuram.
Zati-alinizə möhkəm cansağlığı, səadət, Azərbaycan hökumətinə və dost Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram.
Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Xəbərlər     Tarix: 31 may 2023

Oxşar xəbərlər

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum


iqtisadi xeberler telefonla pul qazanmaq bitcoin qiymeti depozit faizleri kripto