Dünyada taxıl bazarındakı vəziyyət ilin əvvəli ilə müqayisədə çox bahalaşıb

Dünyada taxıl bazarındakı vəziyyət ilin əvvəli ilə müqayisədə çox bahalaşıbAzərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat perspektivi və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində də maliyyə inklüzivliyinin artırılması, maliyyə xidmətlərinin çatdırılması kanallarının diversifikasiyası, sahibkarların, xüsusilə də kiçik və orta sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi və maliyyə xidmətləri ilə təminatının yaxşılaşdırılması əsas strateji hədəf və prioritetlərdən biri kimi müəyyən edilmişdir.
Prezident İlham Əliyev də ölkə iqtisadiyyatı ilə bağlı danışanda qeyd edir ki, bizim siyasi müstəqilliyimizin təməlində iqtisadi müstəqillik dayanır:
"Hələ ulu öndər Heydər Əliyev vaxtilə demişdir ki, iqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir. Bu, tam həqiqətdir və bu gün bizim siyasi müstəqilliyimizin təməlində iqtisadi müstəqillik dayanır. Mən bunu öz çıxışlarımda dəfələrlə demişəm. Əgər bizim iqtisadiyyatımız kənar dairələrdən asılı olsaydı, biz uğurlu siyasi kurs icra edə bilməzdik. Bizim siyasi müstəqilliyimizin, o cümlədən xarici siyasətdə apardığımız prinsipial mövqeyin əsas baza prinsipi iqtisadi müstəqilliyimizdir. Mən Prezident kimi ilk illərdən iqtisadi müstəqilliyə nail olmaq üçün çalışmışam, müvafiq göstərişlər vermişəm. Bu gün Azərbaycan iqtisadi baxımdan, o cümlədən siyasi baxımdan heç kimdən, heç bir ölkədən asılı deyil, prinsipial müstəqil siyasət aparır, o siyasət ki, Azərbaycan xalqının maraqlarını təmin edir. Azərbaycan xalqının maraqlarını, dövlət maraqlarını bütün beynəlxalq tribunalardan müdafiə etmək üçün əlbəttə ki, bizim iqtisadi imkanımız olmalıdır".
Qloballaşma dövründə baş verən dəyişikliklər bütün dünyada iqtisadiyyata birbaşa təsir edir. Dünyada baş verən siyasi proseslər, dünya ölkələri arasındakı gərginliklər dünya iqtisadiyyatında da özünü büruzə verir. Son vaxtlarda dünyada baş verən qiymət artımları təbii ki, ölkəmizdən də yan keçmir.
COVID-19 pandemiyasının təsirləri və dünya iqtisadiyyatında yaranan qeyri-müəyyənliklər səbəbilə təchizat zəncirlərinə mütəmadi təzyiqlərin yaranması, logistik xərclərin yüksəlməsi, bir çox ölkələrin tələbdən artıq ehtiyat yaratması və buğda istehsalçısı olan ölkələrin daxili bazarı qorumaq məqsədilə müxtəlif proteksionist tədbirləri fonunda dünya bazarlarında ərzaqlıq buğdanın qiymətində artım davam edir. Amma ötən il ərzaqlıq buğdanın dünya üzrə kəskin bahalaşmasının Azərbaycana təsirinin azaldılması məqsədi ilə hökumətin ayırdığı subsidiyalar hesabına buğda və unun qiyməti real qiymətlərdən aşağı saxlanılıb.
Azərbaycanın iri un və çörək istehsalçılarının yaydığı birgə məlumatda bildirilir ki, ixracın məhdudluğu və digər istehsalçı ölkələrin tətbiq etdiyi ixrac qadağaları dünya bazarında təklifin azalmasına və qiymətlərin yüksəlməsinə gətirib:
"Əsas ərzaqlıq buğda istehsalçısı olan ölkələrdə yaranmış siyasi və hərbi münaqişələr səbəbilə dünya bazarlarında ciddi qiymət və tədarük riskləri, habelə həmin məhsulların qlobal ticarətində məhdudiyyətlər müşahidə olunur. Münaqişələrin yaratdığı qeyri-müəyyənliklər, ərzaqlıq buğdanın logistik xərclərinin kəskin şəkildə yüksəlməsi, ixracın məhdudluğu və digər istehsalçı ölkələrin tətbiq etdiyi ixrac qadağaları dünya bazarında təklifin azalmasına və qiymətlərin yüksəlməsinə gətirib.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına əsasən, 2022-ci ilin iyul ayında 2021-ci ilin müvafiq ayı ilə müqayisədə ərzağın dünya üzrə qiymət artımı 13,1% səviyyəsində dəyərləndirilir. Təşkilatın proqnozlarına əsasən, 2022-ci ildə ümumilikdə qlobal istehsalın həcminin azalacağı gözlənilir".
Bəs, niyə ərzaqlıq buğdanın qiyməti son 20 ilin rekord həddinə çatanda, Azərbaycanda unun və çörəyin qiyməti qalxmadı, amma indi unun və çörəyin qiymətinin artmılar var?
Dünyada taxıl bazarındakı vəziyyət ilin əvvəli ilə müqayisədə çox bahalaşıbİqtisadçı-ekspert Eldəniz Əmirov azxeber.com-a açıqlamasında bu suallara aydınlıq gətirib. Ekspert vəziyyəti təhlil edərək nəticələri bu cür açıqlayıb:
"Aprelin 31-də dünya birjalarında 1 ton ərzaqlıq buğdanın qiyməti 403 ABŞ dolları idi. Həmin vaxt nə unun, nə də çörəyin qiyməti qalxmadı. Amma Avqust ayının 1-nə olan buğda qiymətləri 328 dollar təşkil edib. Göründüyü kimi son 3 ayda (may, iyun, iyul) aylarında ərzaqlıq buğdanın qiyməti 19% azalmışdır. Onda sual yaranır, niyə aprel-may aylarında buğda qiymətləri indiki qiymətin 122%-i olduğu zaman qiymət artmadı, amma indi artım qaçılmaz olub?
Bununla bağlı rəsmi münasibət olmadığı üçün biz son 8 ayın vəziyyətini təhlil edərək, səbəb haqqında məntiqi nəticəyə gələ bilərik.
Gəlin bu ilin yanvarına baxaq. Yanvar ayında baş verənlərə diqqət etsək görərik ki əsas səbəblər məhz bu ayda baş verənlərdən çox asılıdır. Belə ki,  2022-ci ilin yanvar ayında artıq çörəyin qiyməti qalxdı. Üstündən cəmi 2 ay keçdikdən sonra buğdanın qiyməti maksimuma (403 $) qalxıb deyə yenidən unun və ya çörəyin qiymətinin qaldırmaq ciddi yanlışlıq olardı. Buna görə də nə un 403 dollar olanda, nə də 380 olanda qiymət artımı söhbət mövzusu olmadı. Həm də bu aylarda Azərbaycanda çörəyin qiymətinin qalxmamasına daha bir amil ciddi kömək etdi. Bu amil taxıl ehtiyatı amili idi. Azərbaycan bu ilin yanvarında heç vaxt etmədiyi qədər taxıl idxal etdi. Hətta 2021-ci ilin eyni dövrü ilə müqayisədə ölkəmizə 4 dəfə çox taxıl olundu (2021-ci ilin yanvar-noyabr aylarında da isə ölkəyə 1 milyon tondan çox buğda gətirilib). Görünür ölkə rəhbərliyi və aidiyyatı subyektlər müharibə ehtimalını artıq proqnoz etmiş və ərzaq təhlükəsizliyi üçün qabaqlayıcı tədbir kimi müharibədən əvvəlki ayda 300% artıq idxal əməliyyatı həyata keçirilmişdir".
Ekspertin sözlərinə görə, ehtiyatlar işləndikcə, yenidən idxalı artırmaq lazımdır:
"Düşünürəm ki, həm yanvardakı qiymət artımı, həm də  4 dəfə artıq tədarükün olması ötən 7 ay ərzində çörəyin qiymətinin qorunub saxlanılmasına imkan vermişdir. 
İndi isə şərtlər dəyişir. Ehtiyatlar işləndikcə, yenidən idxalı artırmaq lazımdır. Hazırda dünyada taxıl bazarındakı vəziyyət isə ilin əvvəli ilə müqayisədə çox bahalaşıb. Bu isə yenidən unun qiymətinin sabit saxlanılması üçün əlavə vəsaitlərin xərclənməsini tələb edir. Ərzaqlıq buğdanın qiymətinin qalxacağı halda  çörəyin qiymətinin sabit saxlanılması üçün səmərəli yol un istehsalçılarına yeni subsidiyaların verilməsidir. Bu yol hazırkı vəziyyətdə həm sahibkarların fəaliyyətinin dəstəklənməsi, həm də çörəyin qiymətinin stabil saxlanılması üçün ən sadə yoldur.
İkinci yol isə un istehsalçılarına yeni subsidiyalar vermədən, "bazar iqtisadiyyatıdır" deyib prosesi öz axarına buraxmaqdır. Bu zaman artımın mənfi təsirləri  insanların üzərinə düşəcək.
Amma üçüncü yol da var. Bu yol çörək və unun qiymətində artım olduğu zaman insanların gəlirlərinin buna uyğunlaşdırılmasıdır. Onsuz da infilyasiya insanların gəlirlərini yeməkdə davam edir. Digər xərcləri azaltmaqla gəlirlərə uyğunlaşdırmaq nəzəri cəhətdən mümkündür və insanlar belə də edir. Amma söhbət çörəkdən gedəndə bu nəzəriyyə özünü doğrultmur. Çörəyə qənaət olmur. Bunu mütləq nəzərə almaq lazımdır. Hər halda bunun üçün maliyyə imkanlarımız vardır. "İqtisadiyyata əlavə pul buraxılsa infilyasiya sürətlənəcək" düşüncəsi isə belə hallar üçün keçərli deyil, yanlışdır. Ona görə də heç olmasa, gəlirləri aşağı olan ailələrin, az təminarlı ailələrin və sosiaı cəhətdən həssas qrupdan olan insanların maddi dəstəklənməsinə ciddi ehtiyac yaranacaqdır".
Bahalaşmanın əsas səbəblərindən biri də dünyada əsas taxıl ixracatçıları Rusiya və Qazaxıstanın xaricə satışa limit qoymasıdır. Ukrayna müharibəsi də taxıl ixracında yaranan əsas problemlərdəndir. 
Qeyd edək ki, unun yeni qiymətinə uyğun olaraq 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 55 qəpik, 600 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 65 qəpik, 650 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 70 qəpik təşkil edəcək.
Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə "azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusunda dərc edilib.
Dünyada taxıl bazarındakı vəziyyət ilin əvvəli ilə müqayisədə çox bahalaşıb

Xəbərlər     Tarix: 19 avqust 2022

Oxşar xəbərlər

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

ABŞ-da işsizlik sığortası müraciətləri azalıb

ABŞ-da işsizlik sığortası üçün müraciətlərin sayı bitən həftə ərzində 220.00-ə çatıb ki, bu da əvvəlki həftə ilə müqayisədə 8.00 azalma deməkdir. xəbər verir ki, dörd həftəlik hərəkətli orta göstərici 3.00 azalaraq 224.250-y

Buğda idxalı 1 milyon tonu keçdi

Azərbaycan 1 009 614.31 ton buğda idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarını əhatə edir. Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, bu həcmdə buğdanın dəyəri 217 milyon 691 min ABŞ dollar

Türkiyə boru kəməri ilə qaz idxalını 7 faiz artırıb

Türkiyə 2025-ci ilin sentyabr ayında boru kəməri qaz idxalını 7 faiz artıraraq 3,213 milyard kubmetrə çatdırıb ki, bu da ilk doqquz ayla müqayisədə 14 faiz artım deməkdir və 30,705 milyard kubmetrə çatıb. xəbər verir ki

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

Azərbaycan böyük həcmli mis ixracına başlayıb

İlin ilk 9 ayında xaricə 16 066 ton mis ixrac olunub və bunun dəyəri 29,9 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə cəmi 729,8 ton həcmdə, 1,47 milyon dollar dəyərində mis ixrac edilmişdi. Beləliklə, həcim üzrə artı

Fransa Aİ ticarət sazişini qəbul etmir

Fransa hökuməti, Avropa İttifaqı ilə Cənubi Amerika ticarət bloku Mercosur arasında müzakirə edilən ticarət sazişinin hazırkı forması ilə qəbuledilməz olduğunu açıqlayıb. xəbər verir ki, hökumət sözçüsü Maud Brejon çərşənb

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

Tesla, Çin istehsalı olan komponentlərdən istifadə etməmək qərarı alıb

Tesla təchizatçılardan ABŞ avtomobil istehsalında Çin istehsalı olan komponentlərdən istifadə etməməyi tələb edir. xəbər verir ki, "Wall Street Journal" qəzetinin məlumatına görə, məsələ ilə tanış olan insanla


iqtisadi xeberler bitkoin valyuta kurslari dollarin kursu bu gun leobank kart