Dünyanın ən zəngin şəxsləri məlum olub - 10-dan 9-u ABŞ-da

Dünyanın ən zəngin şəxsləri məlum olub - 10-dan 9-u ABŞ-daDünyanın ən varlı 10 iş adamının ümumi sərvəti hazırda 2 trilyon 500 milyard ABŞ dollarını ötür. "Bloomberg"in yenilənmiş Milyarderlər İndeksinə görə "SpaceX" və "Tesla" şirkətlərinin qurucusu və Tesla şirkətinin sahibi İlon Mask 638 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı iş adamı olub.
Forbes: ABŞ-nin ən varlı milyarderlərinin orta yaşı 70-dir
FED.az xəbər verir ki,  dünyanın ən varlı 10 iş adamından doqquzu ABŞ vətəndaşı, biri isə fransızdır. Bu şəxslərdən səkkizi texnologiya sektorunda fəaliyyət göstərir.
Siyahının zirvəsində yer alan İlon Mask ilin əvvəlindən bəri sərvətini 205 milyard dollar artıraraq 638 milyard dollara çatdırıb və dünyanın ən varlı insanı titulunu qoruyub saxlayıb. Bu artım eyni zamanda onu siyahıda sərvəti ən çox artan şəxsə çevirib.
Maskın ardınca siyahıda, 265 milyard dollarlıq sərvəti ilə "Google" şirkətinin həmtəsisçisi Larri Peyc gəlir. Peycin sərvəti bu müddətdə 96 milyard 800 milyon dollar artıb.
Üçüncü yerdə isə 247 milyard dollarlıq sərvəti ilə "Google"un digər həmtəsisçisi Sergey Brin qərarlaşıb. Brin bu il ərzində sərvətini 88 milyard 200 milyon dollar artırıb.
Onun ardınca isə ABŞ mənşəli texnologiya və elektron ticarət nəhəngi "Amazon"un sahibi Ceff Bezos 246 milyard dollarlıq sərvəti ilə gəlir. Bezos ilin əvvəlindən bəri sərvətini 7 milyard dollar artırıb.
ABŞ-nin texnologiya nəhəngi "Oracle"ın qurucusu Larri Ellison 238 milyard dollarlıq sərvəti ilə beşinci pillədə yer alıb. Ellison ilin əvvəlindən bu yana sərvətinə əlavə olaraq 46 milyard 100 milyon dollar qatıb.
"Meta" şirkətinin sahibi Mark Zukerberqin sərvəti 21 milyard 500 milyon dollar artaraq 229 milyard dollara yüksəlib.
Fransız dəb brendlərinin sahibi Bernar Arnonun sərvəti də eyni dövrdə 26 milyard 100 milyon dollar artaraq 202 milyard dollara çatıb. (Trend)

Biznes     Tarix: 17 dekabr 2025

Oxşar xəbərlər

Pampers 23 milyard dollar qazanıb

ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Azərbaycanda yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılacaq. xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsində əks olunub. İndiyədək, anca

Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır

Avropa İttifaqı (Aİ) şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş qiymətləndirir. xəbər verir ki, bunu Bakıda keçirilən Aİ-Azərbaycan Biznes Forumunun 2024–2026-cı illər üzrə qrup rəhbəri Aytən Axundov

Azərbaycanda 116 milyonluq şirkətdən – SƏRMAYƏ GÖTÜRÜLÜR

"Mars Overseas Baku LTD" MMC (VÖEN: 99006521) nizamnamə kapitalını azaldır. Böyük Britaniya şirkəti Azərbaycan bazarını – TƏRK EDİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, nizamnamə kapitalı 116 milyo

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

Azərbaycanda sahibkar 13 milyonlu şirkətini – 280 MİLYONLUQ ŞİRKƏTİNƏ BİRLƏŞDİRDİ

"Beverage Services" MMC (VÖEN: 1306760391) fəaliyyətinə xitam verilərək "Milla Dairy" MMC-yə (VÖEN: 1300995031) qoşulub. BƏƏ şirkəti Azərbaycan bazarından – GEDİR. biznes və maliyyə xəbərləri portalı xəbə

Emin Ağalarov Bakıda ilk kazinonun açılacağı tarixi açıqladı

"Bakıda ilk "Royale Casino" 2027-ci ilin mayında açılacaq". Bakıdakı kazinoya bəzi şəxslər buraxılmayacaq - EMİN AĞALAROV AÇIQLADI. xəbər verir ki, bu barədə "Sea Breeze" layihəsinin sahibi v

Vüqar Bayramov: "İqtisadiyyat azsaylı böyük bizneslər üzərində qurulmamalıdır"

Azərbaycan iqtisadiyyatı azsaylı böyük bizneslər üzərində qurulmamalıdır. Kiçik sahibkarlara 5 illik vergi güzəşti 10 min vergi ödəyicisini əhatə edəcək. xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisad


iqtisadi xeberler valyuta xeberleri en son xeberler valyuta kurslari pul qazanmaq