Dünyanın nəhəng maliyyə institutu olan Avropa İnvestisiya Bankı və Bank Respublika arasında əməkdaşlıq müqaviləsi bağlandı

Dünyanın nəhəng maliyyə institutu olan Avropa İnvestisiya Bankı və Bank Respublika arasında əməkdaşlıq müqaviləsi bağlandı®Avropa İnvestisiya Bankının (AİB) Avropa İttifaqı hüdudlarından kənarda fəaliyyətlərin maliyyələşdirilməsi üzrə qolu olan EIB Global Azərbaycanda mikro, kiçik və orta müəssisələrin (KOS) dəstəklənməsi üçün Bank Respublika ilə 10 milyon avro həcmində kredit sazişi imzalayıb. Bu saziş investisiyaları, iqtisadi artımı və məşğulluğu stimullaşdırmaq məqsədilə kiçik biznes subyektlərinə kreditləri rəqabətli şərtlərlə və yerli valyutada ödəmək seçimi verməklə maliyyə əlçatanlığını gücləndirəcək
Bu kredit, AİB-nin Cənubi Qafqazda KOS-larla iş Təşəbbüsü çərçivəsində KOS-ların maliyyə mənbələrinə çıxışını yaxşılaşdırılması məqsədilə təqdim olunur. Təşəbbüs bank sektorunda rəqabəti stimullaşdıracaq və kiçik biznes üçün əlçatan olan maliyyə mənbələrinin keyfiyyət və kəmiyyətcə sayını artıracaq. Həmçinin, Cənubi Qafqaz regionunda 26,500-ə yaxın iş yerinin yaradılmasıyla, özəl sektora əsaslanan artıma təkan verəcək və sosial inteqrasiyanı təşviq edəcək. 

Bu saziş Azərbaycanda 25 000 kiçik və orta sahibkarlığın dəstəklənməsi üzrə qabaqcıl təşəbbüsə uyğun olaraq Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə İqtisadi və İnvestisiya Planının (EİP) məqsədlərinə töhfə verir.
Bankın Azərbaycandakı fəaliyyətinə cavabdeh olan AİB-nin vitse-prezidenti Teresa Çervinska qeyd edib: "AİB Azərbaycanda kiçik biznesi dəstəkləməkdən məmnundur. Bank Respublika ilə əməkdaşlıq çərçivəsində ayrılan bu kredit, KOS-ların  maliyyə mənbələrinə çıxışını gücləndirəcək və onların ölkə iqtisadiyyatına verəcəyi töhfəni artıracaq. Kredit həmçinin, Aİ-nin ölkədəki İqtisadi və İnvestisiya Planına uyğun olaraq şaxələndirilmiş, davamlı və innovativ iqtisadiyyata töhfə verəcək". 
Avropa Komissiyasının Qonşuluq və Genişlənmə danışıqları üzrə Baş Direktoru Gert Yan Kopman qeyd edib:  "Azərbaycanda İqtisadi və İnvestisiya Planının icrası kontekstində Aİ mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsinə xüsusi diqqət yetirir. Bu günə qədər Aİ BMİ-lərlə əməkdaşlıq edərək ölkə daxilində vətəndaşların həyatına müsbət və nəzərəçarpacaq təsir göstərən əhəmiyyətli investisiyaları təmin etmişdir. Bu gün bağlanan saziş, istənilən iqtisadiyyatın əsasını təşkil edən sahibkarlıq subyektlərini dəstəkləməklə EİP-in həyata keçirilməsini daha da irəli apara biləcəyimizi daha bir xoş addımdır".
"Bank Respublika"nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib: "Biz dünyanın ən böyük maliyyə təşkilatı olan Avropa İnvestisiya Bankının Azərbaycanda əsas tərəfdaş bankı olmaqdan qürur duyuruq. Bu sazişin imzalanması beynəlxalq maliyyə institutlarının həm ölkənin bank sisteminin sabitliyinə, həm də Bank Respublika-nın etibarlılığına inamının növbəti mühüm göstəricisidir. Cəlb olunan vəsait, bizim üçün prioritet sahə olan real sektora, xüsusən də kiçik və orta sahibkarlığa kredit dəstəyini gücləndirməyə, bununla da ölkə iqtisadiyyatının inkişafına töhfə verməyə imkan verəcəkdir".
Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumları – DEG İnvestisiya Korporasiyası (KfW və SIDT bank qrupunun üzvü) və Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var. Bank Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalq reytinqlərdən birinə – "Sabit" proqnozlu "B2" reytinqinə (Moody"s) malikdir.
EIB və EIB Global haqqında 
Avropa İnvestisiya Bankı (AİB) Avropa İttifaqının üzv dövlətlərinə məxsus uzunmüddətli maliyyə institutudur. O, Aİ siyasət məqsədlərinə nail olmaq üçün sağlam investisiyalar üçün uzunmüddətli maliyyə təmin edir, dörd prioritet sahədə layihələri dəstəkləyir: infrastruktur, innovasiya, iqlim və ətraf mühit və KOS-lar.
EIB Global, Avropa İttifaqının üç əsas prioritetinə: Avropa Yaşıl Sövdələşmə, Qlobal Gateway və iş yerləri, davamlı və inklüziv artıma töhfə verən beynəlxalq tərəfdaşlıq və inkişaf maliyyəsinin təsirini artırmağa həsr olunmuş EIB Qrupunun ixtisaslaşmış qoludur. Avropa Komandası çərçivəsində EIB Qlobal digər çoxtərəfli inkişaf bankları ilə sıx əməkdaşlıqda digər inkişaf maliyyə institutları və vətəndaş cəmiyyəti ilə birlikdə güclü, diqqət mərkəzində olan tərəfdaşlıqları təşviq edir. EIB Global dünya üzrə ofisləri vasitəsilə EIB Qrupunu yerli insanlara, şirkətlərə və qurumlara yaxınlaşdırır. 
Dünyanın nəhəng maliyyə institutu olan Avropa İnvestisiya Bankı və Bank Respublika arasında əməkdaşlıq müqaviləsi bağlandıDünyanın nəhəng maliyyə institutu olan Avropa İnvestisiya Bankı və Bank Respublika arasında əməkdaşlıq müqaviləsi bağlandıDünyanın nəhəng maliyyə institutu olan Avropa İnvestisiya Bankı və Bank Respublika arasında əməkdaşlıq müqaviləsi bağlandıDünyanın nəhəng maliyyə institutu olan Avropa İnvestisiya Bankı və Bank Respublika arasında əməkdaşlıq müqaviləsi bağlandıDünyanın nəhəng maliyyə institutu olan Avropa İnvestisiya Bankı və Bank Respublika arasında əməkdaşlıq müqaviləsi bağlandıDünyanın nəhəng maliyyə institutu olan Avropa İnvestisiya Bankı və Bank Respublika arasında əməkdaşlıq müqaviləsi bağlandı/ banker.az

Banklar     Tarix: 06 may 2024

Oxşar xəbərlər

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur


iqtisadi xeberler valyuta xeberleri bitkoin qiymeti kicik biznes depozit faizleri