Düşmənin 450 hərbçisi məhv edilib
Sentyabrın 12-si gecə saatlarından etibarən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
azxeber.com-un məlumatına görə, Azərbaycan Ordusunun həyata keçirdiyi qətiyyətli cavab tədbirləri zamanı Ermənistanın təxribatının qarşısı alınıb, bölmələrimiz tərəfindən strateji əhəmiyyətə malik bir sıra hakim yüksəkliklər nəzarətə götürülüb.
Əməliyyat çərçivəsində Ermənistan silahlı qüvvələrinə məxsus Gorus rayonu və Novruzlu (Kaxnut) yaşayış məntəqəsi istiqamətlərində iki ədəd "S-300 5N63" İYR radarı, üç ədəd "S-300 5P85" buraxıcı qurğusu, Basarkeçər rayonu və Aşağı Qaranlıq (Martuni) yaşayış məntəqəsi istiqamətlərində isə iki ədəd "S-125 RTS-125" radarı, eləcə də xeyli sayda canlı qüvvəsi məhv edilib və yaralıları var. Qarşı tərəfin bu istiqamətdə Hava Hücumundan Müdafiə (HHM) sistemi çökdürülüb.
Həmçinin qarşı tərəfə məxsus bir ədəd radioelektron mübarizə (REM) vasitəsi JİTEL, 14 ədəd top və haubitsa, doqquz ədəd minaatan və altısı sursatla dolu olmaqla ümumilikdə 32 ədəd avtomobil texnikası sıradan çıxarılıb.
Bundan başqa, Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus biri sursatla dolu olmaqla üç ədəd "KamAZ", bir ədəd "Ural" və bir ədəd "UAZ-3962" markalı avtomobil və üç ədəd mühəndis texnikası, üç ədəd minaatan, bir ədəd "İqla-S" daşınan zenit-raket kompleksi, 35 ədəd müxtəlif çaplı atıcı silahlar, 20 ədəd əl qumbarası, iki ədəd optik cihaz, iki ədəd rabitə vasitəsi və 14500-dən çox döyüş sursatı qənimət olaraq ələ keçirilib.
Qarşı tərəfin ümumilikdə 53 döyüş mövqeyi, iki minaatan atəş mövqeyi, səkkiz strateji əhəmiyyətə malik yüksəklik nəzarətə götürülüb, Zod istiqamətində yerləşən 538-ci əlahiddə dağatıcı briqadasının daimi dislokasiya məntəqəsi, iki ədəd "S-300" və iki ədəd "S-125" divizionlarının start mövqeləri darmadağın edilib.
Ümumilikdə düşmənin 450 nəfər canlı qüvvəsi məhv edilib.

Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
Ən bahalı otellər hansılardır?
Ev şəraitində pul qazanmağın yolları
Necə Bitcoin almaq olar?
Green Card nədir və onu necə əldə etmək olar?
Layihə menecmenti nədir?