DVX: Kriptovalyutadan qazanan şəxslər VÖEN alıb vergi ödəməlidirlər

DVX: Kriptovalyutadan qazanan şəxslər VÖEN alıb vergi ödəməlidirlərİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) rəqəmsal iqtisadiyyatın inkişafı ilə bağlı yeni nəzarət mexanizmlərinin tətbiqini davam etdirir.
Mallar maya dəyərinə satıldıqda gəlir vergisi nəyə əsasən hesablanır?
DVX-dən FED.az-a verilən məlumata görə, Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən, vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən əməkhaqqından başqa hər hansı digər gəlir, təqdim olunduğu təqdirdə, onun qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəliri hesab edilir.
Vergi Məcəlləsinin 101.2-ci maddəsinə görə, qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi tutulur. Bununla yanaşı, qeyri-sahibkarlıqdan gəlir əldə edən fiziki şəxslər növbəti ilin mart ayının 31-dən gec olmayaraq "Gəlir vergisinin bəyannaməsi"ni vergi orqanına təqdim etməklə gəlir vergisini dövlət büdcəsinə ödəməlidirlər. Kriptovalyutadan gəlirin əldə edildiyi vaxt isə onun təqdim olunduğu tarix hesab edilir. Bu zaman vergiyə cəlb olunan gəlir kimi kriptovalyutanın alındığı vaxtla təqdim edildiyi tarix arasındakı qiymət artımı əsas götürülür.
"Göründüyü kimi, vergi qanunvericiliyində qeyri-sahibkarlıqdan gəlir, o cümlədən kriptovalyuta üzrə əməliyyatlardan gəlirlərin vergiləndirilməsi ilə bağlı mexanizm mövcuddur və kriptovalyuta üzrə əməliyyatlardan gəlir əldə edən fiziki şəxslər məcburi qaydada vergi orqanlarında uçota alınmaqla (VÖEN əldə etməklə) öz vergi öhdəliklərini yerinə yetirməlidirlər"- məlumatda qeyd edilib.

Kriptovalyuta     Tarix: 19 avqust 2025

Oxşar xəbərlər

Amerikalı iş adamı süni intellektin köməyi ilə - 15 milyard dollar qazanıb

"Strategy" şirkətinin təsisçisi Maykl Seylor bildirib ki, süni intellektdən istifadə etməklə şirkətin "Bitcoin" alışları üçün təxminən 15 milyard dollar vəsait cəlb etmək mümkün olub. xəbər verir ki, b

"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya

İlk investisiyanızı 0% komissiya ilə etməyə hazırsınız? . xəbər verir ki, Unicapital investisiyaya başlamaq istəyənlər üçün qlobal bazarlara komissiyasız çıxış təqdim edir. Belə ki, Unicapital-a məxsus UTrader platformasınd

Visa və Mastercard-a rəqib gəlir – Kriptovalyutalar leqallaşır

Bir neçə gün əvvəl ABŞ-ın kriptovalyuta bazarında tarixi əhəmiyyəti olan hadiçə baş verib. ABŞ-ın Bank Nəzarəti İdarəsi - OCC avqustun 14-də World Liberty Trust Company üçün milli bank nizamnaməsini təsdiqləyib. FED,az bizne

AMB "Binance" şirkəti ilə kriptoaktivlərin tənzimlənməsi məsələlərini müzakirə edib

Azərbaycan Mərkəzi Bankının sədr müavini Vüsal Xəlilov "Binance" şirkətinin Mərkəzi və Şərqi Avropa, MDB və Afrika regionları üzrə regional rəhbəri Kirilo Xomyakovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Bitkoinə pul yatıranlardan 30 milyon dollar oğurlanıb

2026-cı ilin əvvəlindən etibarən kriptoinvestorlara edilən hücumlar nəticəsində onlardan 30 milyon dollara yaxın vəsait oğurlanıb. xəbər verir ki, bu barədə "Chainalysis" analitik şirkəti yazır. Məqalədə qeyd olunu

"Bitcoin" 66 min dolları ötüb - YENİ QİYMƏT

Son sutkada kriptovalyuta bazarında müsbət dinamika davam edib. xəbər verir ki, CoinMarketCap məlumatına əsasən, qlobal kriptovalyuta bazarının kapitallaşması son 24 saatda 0,83% artaraq 2,26 trilyon dollara yüksəlib. . Ə

Bitkoin ucuzlaşıb - SON QİYMƏT

Kriptovalyuta bazarında əsas aktivlərin qiymətlərində son sutka ərzində geriləmə müşahidə olunur. xəbər verir ki, "CoinMarketCap" platformasının məlumatına əsasən, "Bitcoin"in qiyməti son 24 saatda 2,51

ABŞ-da Demokratların seçkidə uğuru dünya bazarlarını silkələdi – Səhmlər, dollar ucuzlaşdı, qızıl bahalaşdı

ABŞ-da keçirilən aralıq seçkilərdə Demokratlar Partiyasının Konqresin hər iki palatasına nəzarəti ələ keçirməyə yaxınlaşması qlobal maliyyə bazarlarında risk iştahasını azaldıb. Seçkilərin ilkin nəticələrinin Prezident Donal

"Bitcoin" 77 min dolları ötüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyəti bahalaşıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 1,26% bahalaşaraq 77 327,45 ABŞ dollarına yüksəlib


iqtisadi xeberler biznes xeberleri en son xeberler 1000 manatla biznes bitcoin