"E-Şikayət" sistemi istifadəyə verilib
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) yeni yaradılmış şikayət sistemini istifadəyə verib.
Sistemin yaradılmasında məqsəd ölkədə fəaliyyət göstərən internet provayder və operatorlar haqqında vətəndaşlardan daxil olan müraciət və ya şikayətlərin operativ araşdırılması və çevik həllinə vahid sistem üzərindən monitorinq və nəzarətin edilməsidir.
"E-Şikayət" adlı yeni elektron sistem ilə hüquqları qanunla qorunan telekommunikasiya istifadəçilərinin maraqlarını müdafiə etmək, vətəndaş şikayəti axınının avtomatlaşdırılmış formada idarə olunması, istehlakçılara göstərilən xidmət keyfiyyəti, xidmət səviyyəsi, müştəri məmnuniyyəti, eləcə də müştəri təcrübəsi kimi vacib istiqamətlər üçün avtomatlaşdırılmış ölçülmə və təhlil üsullarını tətbiq etmək mümkün olacaq.
Sistem vətəndaş şikayətlərinə baxılması prosesinin mərkəzləşmiş sistem üzərindən aparılmasını effektiv şəkildə idarə etməklə yanaşı, hər bir vətəndaşın öz profilindən müraciət və ya şikayətlərinin həllində internet provayder və operatorların iştirak səviyyəsini və cavablandırma prosesini bütün mərhələlərdə izləməsini təmin edəcək. Həmçinin telekommunikasiya istehlakçılarına real vaxt rejimində internet provayder və operatorlara müraciət və şikayət etmək imkanı yaradacaq.
Vətəndaş "E-Şikayət" sistemində müvafiq link vasitəsilə qeydiyyatdan keçə bilər. Bunun üçün "İdentifikasiya nömrəsi ilə" bölməsinə daxil olaraq "Abunəçi" səhifəsinə keçid edib vətəndaş üçün avtomatik yaradılmış "Abunəçi kabineti"ndən müraciət və ya şikayətini edə bilər. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
5 liderlik göstəricisi
1000 manatla hansı biznesi qurmaq olar?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
SEO nədir və Google axtarışda necə 1-ci olaq?