ECB inflyasiya kimi dilemma ilə üz-üzədir – Avrozonada qiymətlər gözlənilmədən artıb
Avrozonada inflyasiya iyul ayında növbəti rekord həddə yüksəldi və bununla da Avropa Mərkəzi Bankının sentyabrda növbəti böyük faiz artımına üstünlük verməsi üçün təzyiqi davam etdirir. Çünki, növbəti aylarda da qiymət artlmların olması mümkündür.
Banker.az Avrostata istinadən xəbər verir ki, avronun işlənildiyi 19 ölkədə istehlak qiymətlərinin artımı mayda 8.6% olduğu halda, iyunda 8.9%-ə yüksəldi, bu da 8,6%-lik gözləntiləri üstələyir. Yerigəlmişkən bu ECB-nin 2%-lik hədəfindən xeyli yüksəkdir.
Avropa pandemiyadan sonra tədarük riski və üstəlik şərqində baş tutan qanlışdöyüşlərdən sonra böyük qiymət artımları ilə üz-üzə dayanıb.
Yüksək enerji qiymətləri əsas inflyasiya faktoru olaraq qalmasına baxmayaraq, emal olunmuş ərzaq və xidmətlərin qiymətləri də artıb ki, bu da inflyasiyanın getdikcə genişləndiyinə işarədir.
Qiymət artımının nəzarətdən çıxmasından qorxaraq, ECB bu ay dərəcələri 50 baza bəndi artıraraq, əvvəlki siyasətindən kənara çıxdı. Requlyator hələ daha da faiz artımına gedəcəyinə də işarə edib.
Amma inflyasiya da Mərkəzi Bank üçün dilemmadır. Sürətlə yüksələn qida və enerji xərcləri qənaətləri tükəndirir və nəticədə iqtisadi inkişaf yavaşlayır, ən pis halda Avrozonanı resesiyaya sürükləyə bilər.
Həqiqətən də, avro zonasının ən böyük iqtisadiyyatı olan Almaniya, çətin görünən üçüncü rübə çatmamış, elə ikinci rübdə durğunluq yaşadı. Bu arada ABŞ iqtisadiyyatı ikinci rübdə gözlənilmədən kiçilib.
ECB növbəti iclasını sentyabrın 8-də keçirəcək.

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
SMM nədir?
Necə Bitcoin almaq olar?
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Dünyanın ən dəyərli avtomobil şirkətləri