Ədalət Verdiyev: "Ermənistanın növbəti sarsıdıcı zərbə alacağını istisna etmirəm" - AÇIQLAMA
Həmişə olduğu kimi, danışıqlarda manipulyasiya edən Ermənistan bölgədə vəziyyətin gərgin saxlanılmasında maraqlıdır. İki gün əvvəl Sədərək rayonu ərazisində törədilən təxribat, sərhəddin ayrı-ayrı istiqamətlərində və eləcə də, Qarabağda baş verən atışma ermənilərin niyyətlərindən xəbər verir. Sülh danışıqlarına mane olmaq üçün hər cür vasitəyə əl atan Ermənistanın sözü ilə əməli üst-üstə düşmür.
Məsələ ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran hərbi ekspert Ədalət Verdiyev Ermənistanın bu addımını növbəti eskalasiya yaratmağa cəhd kimi dəyərləndirdi:
"Ermənistan tərəfi Naxçıvan istiqamətində təxribatlar törətməklə növbəti eskalasiya yaratmağa və eskalasiyanın daha geniş əraziləri əhatə etməsində maraqlı olduğunu nümayiş etdirir".
Elə bunun nəticəsidir ki, ABŞ-ın İrəvandakı səfirliyi yay mövsümünün başlanması ilə əlaqədar Amerika vətəndaşlarını, səfirlik əməkdaşlarını və onların ailə üzvlərini Ermənistanın bəzi istiqamətlərinə təcili olmayan səfərlərdən çəkinməyə çağırıb.
Amerikalılara Tavuş, Göyçə, Dərələyəz, Zəngəzur bölgələrinə getmək qadağandır. Həmçinin Amerika vətəndaşlarına Sədərəklə sərhəd Arazdəyən kəndindən avtomobillə keçmək olar, amma maşını saxlamaq qadağan edilib. Eyni zamanda Dərələyəz mahalından keçən avtomobil yollarının bəzilərində də maşın saxlamaq Amerika vətəndaşları üçün yasaqlanıb.
Eyni zamanda ABŞ səfirliyi öz vətəndaşlarına Qarabağa getməyə də qadağa qoyub. Səfirlik öz vətəndaşlarının təhlükəsizliyi ilə bağlı açıqlamasında həmçinin, izdihamlı yerlərdən, nümayişlərdən uzaq durmaq, dostlarının və ailə üzvlərinin təhlükəsizlikləri barədə məlumat vermək, gecə vaxtı gəzinti və ya maşın sürərkən diqqətli olmaq üçün Ağıllı Səyahətçi Qeydiyyat Proqramına (STEP) yazılmağa çağırır.
Ədalət Verdiyev Amerika səfirliyinin Ermənistan ərazisindəki qadağalara da münasibət bildirib:
"Amerika tərəfinin Ermənistandakı vətəndaşlarına sərhəd bölgəsinə getməmək üçün xəbərdarlıq etməsi, Ermənistanın son aylarda törətdiyi çox saylı təxribatlarla bağlıdır. ABŞ-da yaxşı anlayır ki, Azərbaycan tərəfi uzun müddət erməni təxribatlarına səbir və təmkinlə yanaşa bilməyəcək. Belə getsə Azərbaycan işğalçı Ermənistanın təxribatlarının qarşısını alınması üçün daha effektiv və təsirli addımlar atmaq məcburiyyətində qalacaq. Odur ki, mən də bu fəaliyyətini davam etdirəcəyi təqdirdə Ermənistanın növbəti sarsıdıcı zərbə alacağını istisna etmirəm".
Vəli Həsənov,
KONKRET.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Elon Musk kimdir?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Biznesə aid ən yaxşı 10 kitab
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Necə Bitcoin almaq olar?