Əhalinin borc yükü və gecikdirilən kredit məbləği artıb

Əhalinin borc yükü və gecikdirilən kredit məbləği artıbMərkəzi Bankın dərc etdiyi 2024-cü ilin 1-ci yarımili üzrə Maliyyə Sabitliyi Hesabatında Bank sistemi üzrə kredit riski məsələsinə də yer ayrılıb.
Marja.az Hesabata istinadən xəbər verir ki, cari ilin birinci yarısında kredit riskləri üzrə əhəmiyyətli dəyişiklik müşahidə edilməmişdir. 2024-cü ilin ilk yarısı ərzində qeyri-işlək portfelin(QİK) həcmi mütləq ifadədə 9.5% (58 mln. manat) artaraq 0.7 mlrd. manat təşkil etmişdir.
Əhalinin borc yükü və gecikdirilən kredit məbləği artıbQeyri-işlək portfelin cəmi portfeldə payı isə dəyişməz qalaraq 2.6% olmuşdur. 2024-cü ilin 6 ayı ərzində bank sektoru üzrə 88 mln. manat məbləğində silinmə baş vermişdir. Silinmələr əsasən istehlak portfeli üzrə məhdud sayda bankda baş vermişdir. Belə ki, dövr ərzində silinmələrin 74%-i (65 mln. manat) istehlak portfeli üzrə olmuşdur. Silinmələr nəzərə alınmadıqda sektor üzrə müvafiq əmsal 3% təşkil edi
QİK portfelinin gecikmə günləri üzrə strukturunda 1 ildən çox gecikmiş kreditlərin portfeldə payı azalmaqda davam edir. 2017-ci ildən etibarən bank sektorunun sağlamlaşdırılması fonunda 1 ildən artıq gecikmiş qeyri-işlək kreditlərin portfeldə payı 11.3 f.b. azalaraq 12.7%-dən 1.4%-ə enmişdir. 1 ildən yuxarı gecikmədə olan kreditlərin portfeldə payının azalmasına həmçinin banklar tərəfindən ümidsiz kateqoriyasında təsnifləşdirilmiş kreditlərin balansdan silinməsi müsbət təsir edir.
2024-cü ilin ilk yarımili ərzində biznes portfeli üzrə kredit risklərində nəzərəçarpan dəyişiklik olmamışdır. Ötən ilin sonu ilə müqayisədə biznes portfeli üzrə QİK-nin həcmi 7% artaraq 406 mln. manat təşkil etmişdir. Buna baxmayaraq, yeni verilən biznes kreditlərinin artım tempi qeyri-işlək kreditlərin artım tempini üstələdiyindən QİK əmsalı 0.1 f.b. azalaraq 2.9% təşkil etmişdir. QİK portfelinin biznesin sahələri üzrə dinamikasına da nəzər yetirdikdə kredit risklərində stabillik müşahidə edilir
İstehlak portfeli üzrə kredit riskləri diqqətdə saxlanılır. 2024-cü ilin ilk yarısında istehlak kreditləri üzrə qeyri-işlək portfelin həcmi nominal ifadədə 15% artaraq (30 mln. manat) 226 mln. manat olmuşdur. Buna baxmayaraq, ötən ilin sonu ilə müqayisədə istehlak kreditlərinin artım tempi də yüksək olduğundan, QİK əmsalı cəmi 0.2 f.b. (faiz bəndi) artaraq 3%-ə yüksəlmişdir. Qeyd edilib ki, istehlak kreditlərinin 52%-i sabit gəlirləri olan dövlət sektorunda çalışan şəxslərə verilmişdir.
İstehlak portfelinin artımı əsasən BGN>45% hesabına formalaşır. 2024-cü ilin ilk yarısında istehlak kreditləri üzrə artımın 53%-i (260 mln. manat) BGN>45% hesabına formalaşmışdır ki, bunun da əsas hissəsi 60%

Banklar     Tarix: 27 sentyabr 2024

Oxşar xəbərlər

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum


iqtisadi xeberler depozit faizleri internetden pul qazanmaq en son xeberler bitcoin