ADA Universiteti və Bank of Baku "Mini-MBA" proqramı uğurla yekunlaşdı

ADA Universiteti və Bank of Baku ADA Universiteti ilə Bank of Baku-nun əməkdaşlıq memorandumu çərçivəsində universitetin İxtisasartırma proqramı tərəfindən təşkil edilən "Mini-MBA" Proqramı uğurla başa çatıb. Bu münasibətlə ADA Universitetində oktyabrın 27-də Bank of Baku və universitetin rəhbər heyəti, ekspert heyəti, eləcə də proqram iştirakçıları ilə birgə Məzun Günü keçirilib.
ADA Universiteti tərəfindən xüsusi olaraq hazırlanmış "Mini-MBA" proqramının əsas məqsədi rəhbər şəxslərin menecment bacarıqlarını daha da inkişaf etdirmək, strateji düşünmə və qərar qəbul etmə, eləcə də liderlik, ünsiyyət və problem həll etmə bacarıqlarını gücləndirməkdir. Dərslər ADA Universitetinin təcrübəli professor-müəllim heyəti tərəfindən aparılıb. On moduldan ibarət birillik proqram liderliyin əsasları, strategiya hazırlanması, maliyyə menecmenti, layihə idarəetməsi, marketinq, menecerlər üçün iqtisadiyyat, biznes analitikası, komanda idarəçiliyi və s. kimi mövzuları əhatə edib.
Bank sektorunda ilk dəfə Bank of Baku üçün təşkil edilən proqram çərçivəsində Bank of Baku-nun rəhbər vəzifədə çalışan 30 əməkdaşı tədris alıb.
Tədbirin açılışında çıxış edən ADA Universitetinin prorektoru Elkin Nurməmmədov proqramın nəzəri və praktiki biliklər arasında balanslı yanaşma ilə hazırlandığını, təlimçilərin həm ADA Universitetinin professor-müəllim heyətini, həm də özəl sektoru təmsil edən təcrübəli peşəkarları əhatə etdiyini qeyd edib. O, iştirakçılar arasında maraqlı müzakirələrin aparıldığını, müəllim kimi peşəkar auditoriya qarşısında dərs deməkdən məmnunluq duyduğunu və proqramın işgüzar mühit üçün əhəmiyyətini xüsusi vurğulayıb.
Bank of Baku-nun İdarə Heyətinin sədri Həsən Quliyev isə öz çıxışında hazırkı dövrdə biznes sahəsində rəqabətlilik yaradan amillərin  yalnız maddi və ölçüləbilən resurslarla kifayətlənmədiyini, insan resurslarının keyfiyyətinin yüksəldilməsinin də biznesə rəqabətədavamlılıq qazandırdığını vurğulayıb. Bu baxımdan proqramda əldə olunan bilgilərin real iş mühitində verəcəyi müsbət nəticə və faydalara inamını ifadə edən Həsən Quliyev, son olaraq ADA Universiteti ilə müxtəlif inkişaf imkanlarının yaradılması istiqamətində əməkdaşlığın davamlı olacağına dair fikirlərini bildirib.
ADA Universitetinin İxtisasartırma proqramının rəhbəri Aygün Hacıyeva isə öz çıxışında proqramın effektliyi haqqında ətraflı məlumat verərək, ADA Universiteti ilə Bank of Baku arasında əməkdaşlığın bundan sonra da davam edəcəyinə inandığını bildirib.
Sonda proqramdan məzun olan iştirakçılara ADA Universitetinin prorektoru Elkin Nurməmmədov, onun müşaviri İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva və Bank of Baku-nun İdarə Heyətinin sədri Həsən Quliyev tərəfindən sertifikatlar təqdim edilib və xatirə fotosu çəkilib.
Məlumat üçün bildirək ki, 30 ildən çoxdur ki, fəaliyyət göstərən Bank of Baku-da hazırda 1000-dən çox əməkdaş çalışır. Bank of Baku paytaxt Bakı və regionlarda olmaqla 20 filialında 1 milyondan çox həm fiziki, həm də hüquqi şəxs olan müştərilərinə müxtəlif bankçılıq xidmətləri təqdim edir.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
–www.bankofbaku.com
www.facebook.com/bankofbaku
ADA Universiteti və Bank of Baku ADA Universiteti və Bank of Baku ADA Universiteti və Bank of Baku ADA Universiteti və Bank of Baku ADA Universiteti və Bank of Baku ADA Universiteti və Bank of Baku ADA Universiteti və Bank of Baku ADA Universiteti və Bank of Baku ADA Universiteti və Bank of Baku ADA Universiteti və Bank of Baku   / banker.az

Banklar     Tarix: 29 oktyabr 2025

Oxşar xəbərlər

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi


iqtisadi xeberler leobank kart bitkoin almaq valyuta xeberleri 1000 manatla biznes