Əhalinin gəlirləri 15 faiz artıb, ərzaq məhsulları isə 17,5 faiz bahalaşıb
2023-cü ilin yanvar ayında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2022-ci ilin yanvar ayı ilə müqayisədə 13,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,5 faiz, qeyri-ərzaq malları üzrə 12,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 9,7 faiz artıb.
Marja xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir.
Qeyd edilib ki, 2022-ci ilin ilkin məlumatlarına əsasən muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilə nisbətən 14,7 faiz artaraq 839,4 manata çatıb.
2023-cü ilin yanvar ayında 2022-ci ilin yanvar ayı ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 15 faiz artaraq 5,4 milyard manat olub. / marja.az
Dövlət büdcəsinin gəlirləri azalıb
2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını
Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib
2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur
1 tonu üçün 150 manat gömrük yığımı alınacaq
Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar
Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb
Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə